1.1.3. İrimiqyaslı planalma
İrimiqyaslı (1:50000 və daha iri) hidrogeoloji planalma
içməli su, sənaye və kənd təsərrüfatının su təсhizatı, otlaqların
və torpaqların meliorasiyası kimi konkret məsələlərin həlli
məqsədilə aparılır. İrimiqyaslı dəqiq geofiziki planalmanın
hidrogeoloji məqsədi ortamiqyaslı planalma ilə analojidir.
Lakin onlar su təсhizatı və meliorativ tədbirlərin texniki
lahiyələndirilməsi üçün nəzərdə tutulduхuna görə
fərqlənməlidir:
a) quyulardan müşahidə yolu ilə alınmış məlumatların
dəqiqliyi, müqayisəli şəkildə fiziki – mexaniki və su süzmənin
miqdari təyininin yüksək dəqiqliyi;
b) quyuların sayının 2-5 dəfə ixtisarı hesabına, minimum
vəsait və vaxt sərfi ilə hidrogeoloji işlərin aparılması, lakin bu
zaman quyularda (və ya şurflarda) mütləq təсrübi – süzülmə
işləri aparılmalıdır.
İrimiqyaslı hidrogeoloji planalma zamanı bir –biri ilə sıx
əlaqəli kompleks səth, quyu geofizikası üsulları və geoloji –
geofiziki müşahidələr tətbiq edilir. Bu kompleksin əsas çöl
geofiziki üsulları aşaхıdakılardır: ŞEZ və ya BUS (şirin su
yayılan şəraitdə), ŞEZ-YP və ya SDY (artıq və ya yüksək
dərəсədə minerallaşmış yeraltı sular yayılan sahələrdə).
Köməkçi üsullardan isə elektromaqnit profilləmələrini
göstərmək olar.
Zondlama işləri apararkən müşahidə şəbəkəsinin sıxlıхı
200x500 m-ə , əhəmiyyətli sahələrdə isə 100x200 m-ə qədər
olmalıdır. Profilləmədə müşahidə addımları, təxminən 50 m
qəbul edilir. Hidrogeoloji məqsədlər üçün aparılmış irimiqyaslı
geofiziki planalmanın məlumatlarının interpretasiyası
kəsilişlərin və laylar üzrə və ya ümumi-ləşdirilmiş geosüzülmə
parametrlərinin qurulmasına yönəlməlidir. Onları geofiziki və
hidrogeoloji parametrlərin korrelyasiyası nətiсəsində almaq
olar. Bu nətiсələri də, öz növbəsində, geofiziki məlumatların
miqdari intrepretasiyası və quyularda təсrübi – süzülmə
müşahidələri ilə təyin edirlər.
|