Microsoft Word diplom isi n'rmin docx


REFERAT  Mövzunun aktuallı



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə2/39
tarix27.10.2022
ölçüsü0,57 Mb.
#118723
1   2   3   4   5   6   7   8   9   ...   39
diplom-isi-nrmin

REFERAT 
Mövzunun aktuallığı: Pedaqoji praktikada, elektron təlim vasitələrinin tətbiqi 
müasir təhsil sisteminin inkşaf etdirilməsində aparıcı amillərdən biridir. Bu səbəbdən, 
qabaqcıl təlim-texnoloji komplekslərdən, xüsusi olaraq informasiya və 
kommunikasiya texnologiyalarının (İKT) imkanlarından təlim prosesində istifadə 
olunması, təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm amildir. Bu nöqteyi-
nəzərdən baxılan dissertasiya işində, İKT-nin təlim prosesində tətbiqi , elektron 
tədris sistemlərinin effektivliyinin artırılması, nəticə etibarilə təhsilin keyfiyyətinin
yüksəldilməsi baxımından xüsusi aktuallıq kəsb edir. 
Günümüzdə informasiya cəmiyyətinin və dünya ölkələri ilə rəqabətə girə biləcək 
yüksək texnologiyalı milli iqtisadiyyatın yaradılması bir çox ölkələrin dövlət 
siyasətinin əsas istiqamətinə çevrilmişdir. Bu ölkələrdə informasiya və kommunikasiya 
texnologiyaları sahəsi inkişafın aparıcı amili kimi çıxış edir. Bu sahə dövlətlərin siyasi, 
iqtisadi və sosial fəaliyyətinə aktiv təsir edərək ictimai münasibətlərin formalaşmasını 
təmin etdiyindən, informasiya cəmiyyətində təhsil sisteminin necə qurulması, təhsilin 
inkişafı üçün hansı texnologiyalardan və necə istifadə edilməsi hazırda aktual 
məsələlərdən biridir. 
Tədiqatın məqsədi: Tədqiqatın əsas məqsədi təhsilin keyfiyyətinin artırılmasında 
İ
KT-nin rolunun öyrənilməsi, ondan maksimum istifadə yollarının araşdırılması və 
tətqiqindən ibarətdir. 
Tədiqatın predmeti: Tədqiqatın predmeti kimi, baxılan dissertasiya işində İKT-nin 
təlim prosesində tətbiqinin didaktik, metodoloji, metodik prinsipləri tədqiqat obyekti 
kimi çıxış edir. 
Tədqiqatın nəzəri əsaslarını elmi inkişaf, təhsildə İKT ilə bağlı xarici dövlətlərin və 
Azərbaycan təcrübəsinin öyrənilməsi, təhsildə İKT-nin tətbiqi haqqında milli siyasət 
və strategiyalar təşkil edir.




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin