24
psixoloji,fiziki,sosial,mədəni və s. təsirlərə məruz qalırlar.Bundan başqa, ziyanlı təsirə
malik olan informasiyalardan nəzarətsiz istifadənin təsirləri də nəzərə alınmalıdır.
Bütün bu təsirlərin aradan qaldırılması üçün aşağıdakılar gerçəkləşdirilməlidir:
informasiya təhlükəsizliyi təhsilin informasiyalaşdırılması
üzrə bütün elmi-texniki
proqramlarda və layihələrdə nəzərə alınmalı, təhlükəsizliyinin bütün istiqamətləri
üzrə lazımi sənədlər hazırlanmalıdır;
İKT-dən istifadə ilə bağlı təhlükəsizlik
məsələləri müəllimlərə, valideynlərə,
təhsil
sisteminin rəhbərlərinə catdırılmalı, şagirdlərdə müəllif hüququna qarşı hörmət hissi
aşılanmalıdır;
İKT-nin şagirdlərə təsirləri ilə bağlı mövcud xarici təcrübə öyrənilməli və müvafiq
tədqiqatlar aparılmalıdır.
Təhsilin informasiyalaşdırılması sahəsi üzrə mövcud
təhsil qanunvericiliyində
İ
KT-nin tətbiqi ilə bağlı tədris və təhsil prosesinin bütün sahələrində yaranan
münasibətlərin tənzimlənməsi üçün hüquqi normativ baza yaradılmalıdır.İKT-nin
tətbiqi ilə bağlı təhsil standartlarının təkmilləşdirilməli, müxtəlif
fənlərin tədrisində
İ
KT-nin tətbiqinə yönəlmiş müddəaların öz əksini tapmalı, məktəblərə verilən
kompüter siniflərinə, İKT avadanlığına və proqram texniki-təminatına qoyulan tələblər
hazırlanmalı,onlardan istifadə üzrə yeni sanitar-gigiyenik
qaydalar və normalar təsis
edilməlidir.Təhsilin informasiyalaşdırılmasının tədqiq edilməsi üçün monitorinq
sisteminin və onun elmi-metodiki təminatı hazırlanmalıdır.
5.
Dostları ilə paylaş: