Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə26/39
tarix27.10.2022
ölçüsü0,57 Mb.
#118723
1   ...   22   23   24   25   26   27   28   29   ...   39
diplom-isi-nrmin

Distant təhsilin əsas atributları aşağıdakılardır: 
 Öyrənənin fəaliyyətinin detallar üzrə dəqiq müəyyənləşdirilməsi.Yəni 
məsələlərin qoyuluşu, məqsəd və vəzifələrin izah olunması, tədris vasitələrinin 
istismara hazırlanması və s; 
 Öyrənən və öyrədən, öyrənən və tədris vəsaiti və tədris qrupları arasında 
interaktivliyin təmin olunması ; 
 Müstəqil düşüncə tərzinin dəstəklənməsi və tədris yönümlü proqramlarda bu 
amilin yüksək səviyyədə təmin olunması ; 
 Proqramların materialın öyrədilməsində ardıcıllığa istinad etməsi və bu 
ardıcıllığın pozulmamasına nəzarət edə bilməsi imkanları ilə təchizatı[13, s.24]. 
Distant təhsilin aşağıdakı növləri var: 
Əgər texnologiyalar və təlim metodu tələbə və müəllimin məqsədləri və 
imkanlarına cavab verirsə, distant təhsil ənənəvi təhsil forması qədər səmərəli 
ola bilər. Dünyada distant təhsilin imkanları getdikcə artır. Bir çox təhsil 
müəssisələri və treninq mərkəzləri fəal şəkildə məktəbdən başlamış ali təhsilə və 
MBA-ya qədər bütün növ distant təhsil kursları təşkil edirlər. 
Hazırda distant təhsil vasitəsilə bir çox təhsil növləri üzrə oxumaq olar: 
• ali təhsil almaq (University of Liverpool və s.); 
• magistraturada oxumaq (Walden University və s.); 
• ikinci ali təhsil almaq; 
• xarici dil öyrənmək (http://www.study.ru/lessons/online/ və s.); 
• MBA proqramı üzrə təlim kursu keçmək; 
• internet-treninqlərdə iştirak etmək (http://webinar.ru/ və s.); 
• ixtisas kurslarında oxumaq (http://www.online-academy.ru/index.html və s.); 
• orta təhsil almaq və s[6]. 
İKT-nin imkanlarnın kifayət qədər artdığına görə təhsilin distant formada keçirilməsi 
üçün kompüter texnologiyalarının imkanlarından kifayət qədər istifadə olunur. Bu 
sistemlər üçün Proqram paketləri yaradılır, İnternetdə istifadə olunan proqramların 
imkanlarından istifadə olunur, e-təlimlərin keçirilməsi üçün saytlar yaradılır. Bu 


45 
məqsəd ilə bir çox təşkilarlar öz məhsullarını dünya bazarlarına çıxartmışdır. Bu 
proqramlar müştəri/server prindipi əsasında işləyirlər.Serverdə lazım olan proqram 
paketi yüklənildikdən sonra, tədris keçmək istəyən tələbələr onların ünvanlarına 
girərək özlərinə uyğun dərslikləri seçib öz təlim kurslarını keçməyə başlayırlar. 
Distant təhsilin keçirilməsi məqsədi ilə aşağıdakı texnologiyalardan istifadə olunur: 
 Telekonferanslar: audiokonferensiyalar, videokonferensiyalar, kompüter 
telekonferensiyaları; 
 İnternet şəbəkəsinə əsaslanan texnologiyalar: MOO (Multi-user Object 
Oriented), MUD (Multi User Domain), IRC, WWW, FTP, Elektron poçt 
(e-poçt) və Paylanma (listserv) texnologiyaları. 
Audiokonferensiyalar
- Bu iştirakçiların səsli konferensiyaları keçirilən 
telekonferensiya növüdür.Audiokonferensiyaları rəqəmli və ya analoqlu əlaqə xətləri 
ilə təşkil etmək olar.Bu texnologiyalardan birtərəfli video sputnik TV, həmçinin 
elektron yığıncaqların keçirilməsi üçün istifadə edirlər. Verilmiş telekonferensiya tipi 
distant təhsil kurlarının keçirilməsi üçün məhdud imkanlar verir.
 Videokonferensiyalar
Video əks, səs və verilənlərin aparatura və müvafiq 
proqram təminatları olan iki və ya daha artıq nöqtədə mübadiləsi üçün nəzərdə 
tutulmuşdur. Onun iştirakçıları real vaxtda bir-birlərini görə və eşidə, həmçinin 
verilənlər mübadiləsi apara bilərlər. Müvafiq sistem təhsil alanlarla müəllim arasında 
heç bir yol xərci çəkmədən əlaqə yaratmağa, məlumat mübadiləsi aparmağa və dərs 
prosesində tələbələrin tapşırıqlar üzərində birgə işləmə imkanlarının məhsuldarlığını 
artırmağa malikdir. Müxtəlif növ informasiya mübadiləsi sistemlərini, əlaqənin
rahatlığını və s nəzərə alaraq, videokonferensiya texnologiyalarını distant təhsil 
sistemində effektiv saymaq olar.Bəzi ölkələrdə videokonferensiyaların keçirilməsi 
üçün ayrıca televiziya kanalları açılır və distant təhsil kurslarının keçirilməsi üçün 
istifadə edilir. 


46 

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin