Microsoft Word Dissertasiya doc


Cloud Computing, bulud texnologiyası



Yüklə 296,35 Kb.
səhifə15/22
tarix11.09.2022
ölçüsü296,35 Kb.
#117741
növüXülasə
1   ...   11   12   13   14   15   16   17   18   ...   22
Dissertasiya

Cloud Computing, bulud texnologiyası xidmətlərin təqdimi üzrə istifadəçi sorğularına uyğun proqram təminatı, strukturu, platforma və başqa müxtəlif anlayışları birləşdirən texnologiyadır. Cloud computingin mühüm və başlıca funksiyası tele emalla istifadəçilərin tələb və ya ehtiyaclarını ödəməkdir.
Cloud Computing onlayn servis olaraq şəbəkədəki istifadəçilərə kompüter resurslarını təqdim edən məlumatların emalı texnologiyası qəbul edilmişdir. IEEE (Elektrik və Elektroninka Mühəndisləri İnstitutu) mənbələrinə əsasən bulud texnologiyası - istifadəçi məlumatlarını internet serverlərində uzunmüddətli saxlayan və lazım olduğu zaman abunəçiyə təqdim edən texnologiya" olaraq qeyd edilmişdir. Klient tərəfdə ancaq personal stolüstü kompüter deyil, istənilən növ telekommunikasiya funksiyası daşıyan terminal iştirak edə bilər. İstifadəçi şəbəkə vasitəsilə terminallardan istədiyi məlumatları əldə edir. Coğrafi ünvanından asılı olmadan məlumatın müəllifi klientin sorğu göndərdiyi məlumatları klientlə paylaşır və məlumatlar üzərində birgə emal aparılır. İstifadəçi terminalının korlanması bulud yaddaşında saxlanan məlumatlara təsir etmir. Bulud texnologiyalarının 10 xidməti mövcuddur.
Storage-as-a-service (SaaS) – məlumatları yadda saxlamaq üçün xidmət. Klientlərə lazımi disk fəzasının sorğu üzrə təqdim edilməsi üçün bu resurs uzaq məsafədə yerləşsə də, bu xidmət istifadəçilərə öz məlumatlarını saxlamaq üçün yaddaş resursları təklif edir.
Database-as-a-service (DaaS) – məlumat bazası xidməti. Verilənlər bazasına istənilən rməsafədən istifadəçilər daxil ola bilər. İstifadəçi məlumat bazasını ixtiyari lokal şəbəkədə yerləşən məlumat bazası kimi görür.
İnformation-as-a-service (İaaS) – məlumat xidməti. Verilənləri APİ (Tətbiq Proqramlaşdırma İnterfeysi) vasitəsi ilə çağırmaq mümkündür. Bu xidmət birja, kredit,ünvanların yoxlanılması və identifikasiyası üçün istifadə oluna bilər.
Security-as-a-service (SaaS)- təhlükəsizlik xidməti. Bu xidmət vasitəsi ilə təhlükəsizlik xidməti internet şəbəkəsilə təmin olunur. Təhlükəsizliyin strukturu lokal formada qurulsa da giriş açarlarının generasiyası, identifikasiya və autentifikasiya, açarların saxlanması və ötürülməsi kimi bəzi xidmətlər kənardan idarə edilə bilər.

Yüklə 296,35 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin