Microsoft Word ilyas efendiyev met doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə19/788
tarix31.12.2021
ölçüsü1,96 Mb.
#112945
1   ...   15   16   17   18   19   20   21   22   ...   788
ei b

Ənvər  Əlibəyli  həqiqi bütöv insan idi: onun təbiətində  də
poeziyasında da mərdanəlik var idi. Sənətdə əsl poeziyanı saf və 
mərd ürəklər yaradır! 
Ənvərin  şeirləri mənə  həmişə  çınqıllar arasına səpələnmiş 
dağ güllərini xatırladır. 
 
*** 
Onu tanıtdırmaq üçün car çəkilməmişdir. Rəssamın  əsərləri 
hamıya “gəl-gəl” deyir. Göy qurşağı  səmada necə  əlvan, necə 
rəngarəngdirsə, Tahirin də sənət yolunda qoyduğu izlər o qədər 
gözəldir. 
 
*** 
Ədəbiyyata yeni-yeni gənc qüvvələr gəlirdi. Bunların içəri-
sində  Zeynal Xəlil xüsusilə seçilirdi. Onun lap ilk şeirlərində 
nəzər-diqqəti cəlb edən bir aydınlıq, yığcamlıq, hədəfi sərrast ni-
şan almaq cəhdi var idi. O da, şeirimizin özündən əvvəlki nüma-
yəndələri kimi, öz  mövzusunu xalqdan, onun qurmaqda olduğu 
yeni həyatdan alırdı. 
 
*** 
Tofiq təbiətən şairanə və olduqca həssas bir şəxsiyyət idi. 
İstər əsərdə, istərsə də aktyor oyununda psixoloji momentləri 
dərindən duyurdu və özü də həyatda belə idi. Yalançı pafosdan, 
zahiri təmtəraqdan, tamaşaçıları güldürmək üçün yalançı ko-
mizmdən bərk acığı gəlirdi və özü də həyatda belə idi. O, həqiqi 
sənət üçün yaranmış bir istedad idi... 
 
Áèáëèîãðàôèéà 
 
33 
*** 
Mehdi çox maraqlı, orijinal bir şəxsiyyət idi. Ədəbiyyatımız-
da, incəsənətimizdə baş verən müvəffəqiyyətsizliklər, gerilik əla-
mətləri onu əsəbiləşdirib özündən çıxarırdı. O, belə halların heç 
birinə qarşı biganə qala bilmirdi. Elə bil ki, bütün bunlarla mü-
barizə aparmaq onun şəxsi, doğma işi idi. Elə bil, o, bunların ha-
mısına məsul idi. Mehdi nöqsanlara qarşı amansız olduğu qədər 
də müvəffəqiyyətlərə sevinirdi. Salyeri paxıllığı ondan uzaq idi.   
Mehdi müasir mədəniyyətin, deyərdim ki, zirvəsində dayanan 
adamlardan idi. Dünya ədəbiyyatına yaxşı bələd idi. Həm də ki, 
heç bir tərifli əsərləri belə doğma kimi qəbul etməzdi. Bizim ədə-
biyyatımızı da həmişə diqqətlə izləyirdi, güclü və  zəif cəhətləri 
haqqında aydın fikirləri olurdu.  
 
*** 

Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   788




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin