Microsoft Word ilyas efendiyev met doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə20/788
tarix31.12.2021
ölçüsü1,96 Mb.
#112945
1   ...   16   17   18   19   20   21   22   23   ...   788
ei b

    Bu səhifədəki naviqasiya:
  • Tolstoy
Sabit Rəhman elə adam idi ki, onunla hər  şey danışmaq 
olardı. Hətta, ən ağır, ən çətin illərdə belə... 
Sabit Rəhman ölkənin mədəni-iqtisadi yüksəlişi barədəki xal-
qı  təngə  gətirən bitib-tükənməz təbliğatla həqiqət arasındakı 
uçurumu görüb hiss eləyən yazıçı idi.  
Bu cəmiyyətdə aldanan insanlar, özlərindən asılı olmayaraq, 
gülünc vəziyyətlərə düşürdülər və bunu Sabit kimi istedadlı yazı-
çılar hiss etməyə bilməzdilər. 
Mən, həmişə Sabit barədə fikirləşəndə, istər-istəməz, teatr 
barədə fikirləşirəm. Sabit Rəhman və Azərbaycan teatrı – mənim 
üçün bu iki anlayış arasında ən sıxı bir yaxınlıq var...  
 
*** 
Nigar xanım romantik təbə, təmiz, aydın koloritli dilə, zərif 
zövqə malik bir şairədir. Dünya ədəbiyyatına yaxşı  bələd idi. 
Azərbaycan Akademik Dram Teatrında mənim gördüyüm ilk ta-
maşa Şillerin “Məkr və məhəbbət” faciəsi idi. Pyesi Nigar xanım 
çox aydın, təbii bir dillə rus dilindən tərcümə etmişdi. Ancaq 
sonralar o pyesi rus dilində oxuyarkən mənə elə gəlirdi ki, əksinə, 
Şillerin əsərini Azərbaycan dilindən rus dilinə tərcümə ediblər... 


Èëéàñ ßôÿíäèéåâ 
 
34 
İncə ruhlu həyəcanlar, romantik çalarlar, ülvi hisslər Nigar xanı-
mın  şeirində  mənim çox hiss etdiyim xüsusiyyətlərdəndir. O za-
mankı estetikada vulqar sosiologizm təbliğatı öz damğasını Nigar 
xanımın poeziyasına vura bilməmişdi. 
 
*** 
O, insan qəlbinin, insan hisslərinin fövqəladə dərəcədə güclü 
bir tərcümanı kimi meydana çıxmışdı...  Tolstoy bütün əsrlərin 
böyük sənətkarıdır! 
 
*** 
Ostrovskinin həyatı və əsərləri dünya ədəbiyyatının maraqlı 
və ən təəccüblü hadisələrindən biridir. Bu həyat insan iradəsinin, 
həqiqi insan ləyaqətinin bir təntənəsidir. 
 
 
 
 
 
 
Áèáëèîãðàôèéà 
 
35 
 
 
 
 
İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr ve-
ribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. 
İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona 
görə əhəmiyyətlidir ki, o öz əsərlərində həm Azərbaycan xalqının 
tarixinin çox mühüm səhifələrini  ədəbiyyat, teatr vasitəsilə bu-
günkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatı-
mızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Belə-
liklə, xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdir və bu 
barədə xidmətlər göstərmişdir, tarixi bilmək üçün xalqımıza yar-
dım etmişdir, eyni zamanda yaşadığımız zamanda mənəviyyat
əxlaq, insanlıq, Vətənə  və millətə  sədaqət ruhunu aşılamışdır. 
Hesab edirəm ki, xalqımız bu əsərlərdən çox bəhrələnmişdir. 
Ona görə  də  mən bu gün İlyas  Əfəndiyevin bütün yaradıcı-
lığını, onun yazdığı əsərləri böyük minnətdarlıq hissi ilə xatırla-
yıram. Hesab edirəm ki, o, xalqımız qarşısında öz borcunu, daha 
doğrusu, öz missiyasını şərəflə yerinə yetirmişdir, xalqımıza, mə-
dəniyyətimizə, teatrımıza,  ədəbiyyatımıza çox böyük irs, böyük 
sərvətlər qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç 
vaxt unutmayacaqdır.  Şübhəsiz ki, biz İlyas  Əfəndiyevin xatirə-
sini əbədiləşdirmək üçün qərarlar da qəbul edəcəyik, şəxsən mən 
edəcəyəm, çünki o, buna layiqdir. Belə əsərlərlə o, onsuz da xal-
qın qəlbində yaşayacaqdır. 

Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   788




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin