Èëéàñ ßôÿíäèéåâ
36
Elm və mədəniyyət xadimləri
İlyas Əfəndiyev haqqında
İlyas Əfəndiyev əməkçilərin zəhmət
birliyini böyük məhəb-
bətlə və hərarətlə təsvir edir, onların zəhmətini parlaq və real
boyalarla göstərir...
Səməd Vurğun,
Xalq şairi
Azərbaycan sovet şeirinin təməlini
qoymuş Süleyman Rüs-
təmlə Səməd Vurğunun, Rəsul Rzanın arasında
kökü dərinliklərə
yayılması, gövdənin birliyi, yekparəliyi
nöqteyi-nəzərindən bir
birlik, vahidlik, budaqların eyni göy üzünə ayrı-ayrı tərəflərdən
uzanması nöqteyi -nəzərindən isə ayrılıq vardır.
Bir-birinə həm
oxşayırlar, həm oxşamırlar. Mirzə İbrahimovla Hüseyn Mehdinin
nəsri haqqında da, ustad Cəfər Cabbarlının və İlyas Əfəndiyevin
dramaturgiyası haqqında da eyni şeyi söyləmək mümkündür.
Nazim Hikmət,
Beynəlxalq Sülh mükafatı laureatı, türk şairi
İlyas Əfəndiyev hər cür milli məhdudluqdan uzaq bir yazıçı-
dır. Ədəbiyyatımızın beynəlmiləlçilik, ümumbəşəri ideyalarına
sadiq
olan ədib, cəmiyyətdə müxtəlif millətlərdən olan insanların
necə qardaş kimi əlbir çalışıb, xoşbəxt yaşadıqlarını dövrümüzün
ən böyük nailiyyəti kimi təsvir edir.
Məmməd Arif,
akademik
İlyas Əfəndiyev gələcək nəsillərin də sevə-sevə oxuyacağı
uzunömürlü əsərlər yaradıcısıdır.
Dostları ilə paylaş: