Èëéàñ ßôÿíäèéåâ
40
İlyas Əfəndiyev bir insan, bir yazıçı və bir vətəndaş kimi öz
missiyasını yerinə yetirdi və dünyadan köçdü. Amma mən bu
köçdən sonrakı bütün bu müddət ərzində onun varlığını yalnız
mənən yox, cismən də daima hiss etmişəm, mənə elə gəlir ki,
(həmişə də belədir), bax, bu dəm, mən bu sətirləri yazarkən də o
burdadır, mənim başımın üstündədir, bizi görür, müşahidə edir,
hər şeydən xəbərdardır və bu sətirləri oxuyur, indiki ali məqa-
mının bizim - bu dünyanın adamlarının - dərk edə bilmədiyi bu
sətirlərə qiymət verir.
Elçin,
Xalq yazıçısı
Unudulmaz İlyas müəllim! Özünlə əbədiyyət dünyasına ya-
zılmamış neçə şah əsərinizi apardınız? Ey üzü nurlu el məhəbbəti
qazanmış xoşbəxt sənətkar! Sənin yaratdığın əsərlər də, həm ana,
həm ata qayğısı, məhəbbət ilə böyütdüyün oğullar da vətəndaşlıq
hüququ qazanmışlar. Rahat yat, böyük sənətkar! Vətən oğlu!
Qəbrin nurla dolsun!
Dostları ilə paylaş: