1951 - Rus dilində “Rasskazı” adlı ilk kitabı Bakıda
nəşr olunmuşdur.
1954 - “Atayevlər ailəsi” pyesiM.Əzizbəyov adına
Azərbaycan Dövlət Dram Teatrında tamaşaya
qoyulmuşdur.
1954-1958 - Azərbaycan yazıçılarının II qurultayında (1954,
aprel) “Azərbaycan sovet dramaturgiyası”, III
Áèáëèîãðàôèéà
17
qurultayında (1958, dekabr) isə “Azərbaycan
dramaturgiyasının inkişafı haqqında” məruzələri
ilə çıxış etmişdir.
1958 - “Söyüdlü arx” romanını yazmışdır.
1960 - “Körpüsalanlar” povestini qələmə almışdır;
- Azərbaycanın “Əməkdar incəsənət xadimi”
fəxri adına layiq görülmüşdür.
1963 - “Dağlar arxasında üç dost” romanını yazmışdır. 1964 - Tamaşaya qoyulmuş “Sən həmişə mənimləsən”
pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji
dramın əsası qoyulmuşdur.
1967 -“Mənim günahım” pyesini yazmış, əsər
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram
Teatrında tamaşaya qoyulmuşdur.
1968 - “Unuda bilmirəm” əsərinin ilk tamaşası olmuş-
dur. Əsər M.Əzizbəyov adına Azərbaycan Döv-
lət Akademik Dram Teatrında 424 dəfə tamaşa-
ya qoyulmuşdur.