Microsoft Word ilyas efendiyev met doc


Azərbaycan Türk Kultur Dərgisi.-



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə764/788
tarix31.12.2021
ölçüsü1,96 Mb.
#112945
1   ...   760   761   762   763   764   765   766   767   ...   788
ei b

Azərbaycan Türk Kultur Dərgisi.- 
Türkiyə, oktyabr nömrəsi.- 1996. 
 
 
Torpaq həsrətinə bərabər itki 
 
Azərbaycan ədəbiyyatı və mədəniyyətinə ağır itki üz verdi.  
Görkəmli nasir və dramaturq, Xalq yazıçısı İlyas Məhəmməd 
oğlu Əfəndiyev 82 yaşında vəfat etdi. 
Bu gün bu itkinin ağrısını yaşamaq bizlərə nəsib oldu. Bu itki 
yurd itkisinə, torpaq həsrətinə  bərabər olacaq bir itkidir, ayrı-
lıqdır.  Ədəbiyyatımızın, mədəniyyətimizin yarpaq tökümü baş 
verib. Neçə-neçə dahilərimiz  əbədi olaraq gözlərini bu dünyaya 
yumublar. Onları əsərləri əsrlər boyu yaşadacaq. 
Allah rəhmət eləsin, qəbriniz nurla dolsun, İlyas  müəllim! 
Biz - Sizin oxucularınız “Dağlar arxasında üç dost”la, 
“Söyüdlü arx”la, “Körpüsalanlar”la birlikdə “Büllur sarayda” 
“Atayevlər ailəsi”nə qonaq olaraq, “Qəribə  oğlan”la birlikdə 
“Bizim qəribə taleyimiz”i yaşayaraq “Sarıköynəklə Valehin 
nağılı”na qulaq asa-asa “Mahnı dağlarda qaldı” həsrətini yaşaya-
cağıq. Bu həsrət bizi keçmişə - “Xurşidbanu Natəvan”, “Şeyx 
Məhəmməd Xiyabani”, “Polkovnik Allahyar bəy”lə tariximizə 
səsləyəcək. “Geriyə baxma, qoca” deyib yaşının ixtiyar vaxtında 
əlinə “Üçatılan” alan sevimli yazıçımız həmişə bizimlədir. 
Həmişə gəncliklədir. Daim ürəyimizdə bir nida səslənəcək: “Sən 
həmişə bizimləsən!!!” 

Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   760   761   762   763   764   765   766   767   ...   788




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin