İlyas Əfəndiyevin ailəsi.
Azərbaycan.- 3 dekabr.- 1996; Xalq qəzeti.- 3 oktyabr.-
1996.
Èëéàñ ßôÿíäèéåâ
430
Əlavə 2
YUNESKO-nun Baş Direktoru İrina Bokovanın
İlyas Əfəndiyevin anadan olmasının 100 illik
yubileyinin qeyd edilməsi münasibətilə söylədiyi nitq
YUNESKO, Paris, 19 may 2014-cü il
Cənab Elçin Əfəndiyev, Azərbaycan Baş nazirinin müavini!
Cənab Anar Kərimov, Azərbaycan Daimi Nümayəndəliyinin
müavini!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
YUNESKO-da İlyas Əfəndiyevin anadan olmasının yüz illik
yubileyinin qeyd edilməsi münasibəti ilə sizləri salamlamaqdan
şərəf duyuram. Azərbaycanın Baş nazirinin müavini, cənab Elçin
Əfəndiyevə bizi burada öz iştirakı ilə məmnun etdiyinə görə
minnətdalığımı bildirirəm. İlyas Əfəndiyev görkəmli dramaturq
və yazıçı olub, bundan da vacibi isə onun böyük ziyalı və huma-
nist bir insan olmasıdır. Onun yaradıcılığı Azərbaycan cəmiyyəti
üçün ilham mənbəyi və bu gün hamımızı ruhlandıran sənət nü-
munəsidir.
İlyas Əfəndiyevin həyatı və ədəbi irsi onun müasir cəmiyyət-
də ideyalar və yaradıcılıq baxımından paylaşdığımız dəyərlərin
inkişafında oynadığı vacib rolu göstərir. Cəmiyyətlərdə böyük
dəyişikliklərin baş verdiyi müasir dövr bu rolun əhəmiyyətini
daha da vurğulayır. Bu, YUNESKO-nun təşviq etdiyi, dəs-
təklədiyi və inkişaf etdirdiyi yoldur.
İlyas Əfəndiyev bütün həyatını yaradıcılığa həsr etmiş, pyes-
lər, romanlar, hekayələr yazmışdır. O, dövrün qadağalarına bax-
mayaraq heç bir mövzudan çəkinməmiş və yenilikçi sənəti for-
ması, bədii-psixoloji xüsusiyyətləri ilə Azərbaycan ədəbiyyatında
dərin iz qoymuşdur.
Áèáëèîãðàôèéà
431
Onun əsərlərinin gücü qadirliyə, onu ruhlandıran mənəvi
dəyərlərə, azadlıq, tolerantlıq və insan hüquqlarının bərqərar ol-
masına əsaslanır. Özünün də dediyi kimi: “Yazıçının böyük ürəyi,
yüksək insani keyfiyyətləri olmalıdır. Ancaq bu halda yazıçı
insanları duyğulandıra, onlarda məhəbbət və mərhəmət hissləri
oyada bilər.”
İlyas Əfəndiyev böyük ürək sahibi olub. Bu sözlər bu gün də
öz qüvvəsini saxlamaqdadır. Belə ürək sahibləri inkişaf, dialoq,
sosial birlik naminə ədalətli azad cəmiyyətlərin qurulmasında
iştirak edən insanların gücünü daha da artırır. Bu ideyalar
YUNESKO-nun fəaliyyətinin məğzini ifadə edir.
Cənab Elçin Əfəndiyev, bilirəm ki, sizin də bir yazıçı kimi
yaradıcılığınızda atanızın irsi çox əhəmiyyətli olub.
Siz özünüz də Azərbaycan ədəbiyyatının yaşayan klassikisi-
niz, dunyada tanınmısınız. Siz 16 yaşınızdan yaradıcılıqla məş-
ğulsunuz və 100-dən çox kitab yazmısınız, bunlar 20-dən çox dilə
tərcümə edilib və bildiyimə görə bu yaxınlarda Londonda
“Mənim sevimli dəlim” tamaşanız təqdim olunub. Sizin bu gün
bizimlə birlikdə olmağınız Azərbaycanda sənətə verilən qiymətin
təzahürüdür. Azərbaycanda sənət - vətəndaşlığı, insaniyyətliyi,
həmrəyliyi möhkəmləndirən, insanları, cəmiyyətləri yeniləndirən
vasitələrdən biridir.
Bu axşam qeyd etdiyimiz yubiley də elə bunun ifadəsidir.
Xanımlar və cənablar!
İlyas Əfəndiyevin sənəti bütün Mərkəzi Asiyada ədəbiyyat,
mədəniyyət və elm mərkəzi kimi tanınan Azərbaycanın bu sahə-
dəki zəngin tarixi ənənələrini davam etdirərək, Azərbaycan
ədəbiyyatına və teatrına yeni bədii nəfəs gətirib.
Azərbaycanın tarixi qədim İpək Yolunun tarixidir. Bu tarix
sənət, innovasiya, mədəniyyətlərin dialoqu kimi möhtəşəm mə-
dəni rəngarəngliyin tarixidir. Ötən il Bakıda mədəniyyətlərarası
dialoq mövzusunda keçirilən Beynəlxalq Forumda iştirak etdiyim
zaman mən özüm bunun canlı şahidi olmuşam.
Xüsusi qeyd etmək istərdim ki, bu işdə Azərbaycanın birinci
xanımı, bizim xoşməramlı səfirimiz Mehriban xanım Əliyevanın
Èëéàñ ßôÿíäèéåâ
432
böyük xidmətləri var.
Ötən ilin dekabrında Bakıda qeyri-maddi sərvətlərin mühafi-
zəsi üzrə Hökumətlərarası Komitənin təşkil olunması Azərbayca-
nın ümumbəşəri sərvətlərin mühafizəsi naminə götürdüyü öhdə-
liklərin dərinliyini əks etdirir.
Mən Daimi nümayəndəliyə mədəni tədbirlərin təşkilində
göstərdiyi fəallıq, o cümlədən bu axşamkı zəngin mədəniyyət
hadisəsi üçün öz təşəkkürümü bildirirəm. İnstrumental musiqi,
xalq mahnıları, rəqs və fotoşəkillər hamısı, İlyas Əfəndiyevin
şərəfinə nümayiş etdirilir və bu, bizim birlikdə fərəhlə seyr
etdiyimiz mədəni müxtəlifliyin bariz nümunəsidir.
Təşəkkür edirəm!
Áèáëèîãðàôèéà
433
Dostları ilə paylaş: |