Microsoft Word ilyas efendiyev met doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə36/788
tarix31.12.2021
ölçüsü1,96 Mb.
#112945
1   ...   32   33   34   35   36   37   38   39   ...   788
ei b

Polad Bülbüloglu,  
Xalq artisti, bəstəkar 
 
İlyasın yoxluğuna inana bilmirəm.  İlyasın indi də haradasa, 
sakit bir guşədə  əyləşib bizi heyrətə  gətirən yeni əsər yazdığına 
Áèáëèîãðàôèéà 
 
45 
ümid bəsləyirəm. Allah sənə rəhmət eləsin, qardaşım, sən onun – 
o böyük Allahın sənə bağışladığı  qənirsiz istedadı xalqından, 
millətindən  əsirgəmədin. Geriyə baxmaya bilərsən. Nigaran, nə-
yisə demədim deyə, düşünməyə bilərsən. Qardaşım sən o Allahın 
neməti olan yaradıcılığını bol-bol verdin insanlara. Ruhun şad 
olsun!  
Əzizə Cəfərzadə,  
yazıçı, professor 
 
İlyas  Əfəndiyev mənim “Qarğış” povestim barədə “Açıq 
məktub” yazmışdı... Onda – mənim ümidsizlik bataqlığında tək-
tənha, min bir şübhə, qayğı, çaşqınlıq içində çapalayan anımda – 
gözəgörünməz kömək əlini uzadıb, məni o bataqlıqdan çıxarmışdı 
və bu işi heç bir məna güdmədən, təmənnasız, yalnız Böyük Ədə-
biyyat naminə etmişdi. Mən bu hadisədən sonra bir daha o şübhə 
və çaşqınlıqlar bataqlığına düşmədim və bugünəcən də məni min 
bir bataqlıqdan çox-çox uca nöqtələrdə saxlayan qüvvələrdən biri 
– bəlkə  də,  ən qiymətlisi  İlyas müəllimin həmin o məktubunun 
məndə yaratdığı ədəbiyyata və özümə inam hissidi yəqin...  
Afaq Məsud, 
yazıçı 
 
İlyas Əfəndiyevin yaratdığı surətlərdə bir kövrəklik, yanğı və 
yanıqlıq var. “Unuda bilmirəm”də Nərmini xatırlayın. Görün bu 
qız necə  də  məhəbbəti dünyada hər  şeydən üstün tutur. Onun 
üçün məhəbbət həyat deməkdir. Bu rolda mən 250 dəfədən çox 
səhnəyə çıxmışam. Hər dəfə də Nərmindən ayrılıb Amaliya olan-
da təəssüflənmişəm. Həyatdan götürülmüş belə obrazları qələmə 
alan  İlyas  Əfəndiyev,  şübhəsiz ki, ürəyinin bütün hərarətini 
onlara bəxş etmişdir. 

Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   788




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin