Èëéàñ ßôÿíäèéåâ
52
İlyas Əfəndiyevi başqa ədiblərdən fərqləndirən bu idi ki, hə-
min yazıçılar sosioloji üslubdan tam xilas ola bilmədilər, İlyas
Əfəndiyev isə inadkar bir əzmlə yeni nəsrin poetikasını yaratdı.
Onun nəsri sözün həqiqi mənasında 60-cı illər nəsli üçün bədii-
fəlsəfi örnək oldu. XX əsrin sovet dönəmində bütün ədəbiyyat
ağız-ağıza verib sosializmin, əfsanəvi kommunizmin cahanşümul
qələbələrini vəsf və mədh etdiyi bir dövrdə İlyas Əfəndiyevin sə-
nətkar nəfəsi öz kövrək romantik addımları ilə insanın qəlbinə
daxil oldu və bu insanı sosioloji ehkamların məngənəsindən xilas
etdi.
XX əsr Azərbaycan ədəbiyyatında ənənə nə novatorluğun
həm bədii, həm də nəzəri vəhdətini ən uğurlu şəkildə yaradan 60-
cı illər nəslinin parlaq nümayəndəsi və İlyas Əfəndiyevin ləya-
qətli varisi Elçin oldu.
Dostları ilə paylaş: