gəlirləri müəyyən vaxt ərzində cəmiyyət üzvlərinin sərəncamına daxil olur və onların
29
şə
xsi gəlirlərini təşkil edir. Əhalinin istehlak səviyyəsini müəyyən edın gəlirlər pul və
natural formada çıxış edir. Pul gəlirlərinə əmək haqqı, mənfəət, pensiya, təqaüd, müxtəlif
növ yardımlar, müavinət, faiz, renta, divident və s. daxildir. Natural gəlirlərə isə şəxsi
istehlak üçün istehsal olunan məhsullar aiddir. Əhali gəlirləri əsasən aşağıdakı
mənbəədən formalaşır: əmək gəliri (əmək haqqı), mülkiyyətdən və sahibkarlıq
fəaliyyətdən əldə olunan gəlir (divident, faiz, renta, mənfəət), sosial transfertlər (pensiya,
işsizliyə görə müavinət, yardımlar və s.), şəxsi yardımçı və fermer təsərrüfatından gələn
gəlirlər.
İ
stehsalın nəticəsi olan məhsul və xidmətlərin dəyəri pulla ifadə olunduğundan
gəlirlər də pul gəlirləri formasında üzə çıxır və nominal və real gəlirlərə ayrılır. Nominal
gəlir (hesablanmış gəlir) müəyyən dövr üçün alınmış pulun ümumi miqdarıdır. Nominal
gəlirlər gəlirlərin real artımını tam və dəqiq əks etdirə bilmir, çünki əmtəə və xidmətlərin
qiymətinin artması gəlirlər haqqında tam və dəqiq məlumat verə bilmir. Buna görə də
qiymət dəyşikliklərini nəzərə alan real gəlirlər əhalinin əldə etdiyi gəlirə alacağı əmtəə və
xidmətləri əks etdirir.
Dostları ilə paylaş: