cəkdə təkmilləşdirmək («standart - kost» uçotu sistemi kimi) üçün onları qərb
ölkələrində geniş istifadə olunan «direkt - kost» uçotu sisteminə uyğunlaşdırmaqla
Buraxılan və satılan məhsulun istehsal maya dəyəri ancaq istehsalın təşkili və
texnoloci prosesindən bir-başa asılı olan dəyişən istehsal məsrəflərindən ibarətdir.
49
Məhsulun maya dəyərinə daxil etmə üsuluna görə onlar əsasən bir-başa məsrəflər
hesab edilir və buna görə və buraxılan məhsul vahidlərii üzrə normalaşdırmaya
çox asan cəlb edilir.
Hesabat dövrünün əvvəlinə və axırına anbarda olan hazır məhsullar, hə-
mçinin bitməmiş istehsal dəyişən xərclər üzrə qiymətləndirilir. Daimi xərclər
biləvasitə istehsal prosesi ilə əlaqədar olmur. Və buna görə də məhsulun (iş və
xidmətin) istehsal maya dəyərinə daxil edilmir. Bu xərclər (başqa sözlə, dövrü,
yəni məlum hesabat dövrünün məsrəfləri) ayrı hesabda toplanır və hesabat dövrü
qurtardıqdan sonra tam həcmdə (məhsul vahidinə bölünmədən) hesabat dövrünün
məhsul satışından əldə edilən mənfəətin azalmasına silinir.
«Direkt - kost» uçotu sisteminin köməyi ilə istehsalın həcmi, məsrəflər (ma-
ya dəyəri), marcinal gəlir (daimi xərclər və mənfəət məbləği) və mənfəət ara-
sındakı asılılığı çox dəqiq öyrənmək olar. O, məsrəflərin istehsalın həcmindən,
yaxud istehsal gücünün yüklənmə formalarından asılılığına diqqəti daha çox cəlb
edir, yüksək rentabelli məmulatların müəyyən edilməsinə şərait yaradır. İstehsalın
dəyişən bazar şəraitinə cavab verən istiqamətə yönəldilməsinə dair
informasiyaların əldə edilməsini təmin edir. Sözü gedən sistem, firmanın
rəhbərinin ən aşağı qiymətin – dəyişən məsrəflər hissəsi ilə maya dəyərinin təyin
edilməsi ilə əlaqədar olan dempinq (malın ən aşağı qiymətə satışı) üsulunun
rəqabətlə mübarizədə istifadə edilməsi üçün mümkün olan informasiyalarla təmin
edir.
«Direkt - kost» sisteminin ən mühüm üstünlüyü onun müəssisənin idarə
edilməsi üzrə aşağıdakı strateci məsələlərin həlli üçün zəruri məlumatların əldə
edilməsinə şərait yaratmasıdır:
- maksimum marcinal gəlirin meyarı üzrə istehsal proqramının
optimallaşdırılması;
- həm yeni, həm də bazarda satılan məhsulun qiymətinin təyini və nizama
salınması;
50
- investisiya və innovasiya proqramlarının (istehsal gücünün azaldılması,
yaxud genişləndirilməsi, avadanlıqların modernləşdi-rilməsi, yenisinin alınması
və s.) hazırlanması;
- əlavə sifarişin qəbul edilməsinin məqsədəuyğunluğu haqda qərarın qəbul
edilməsi və s.
Nəhayət «direkt - kost» sisteminin ən mühüm üstünlüyü onun köməkliyi ilə
məsrəflər üzərində çox da böyük olmayan kalkulyasiya elementləri və dəyişən
məsrəflər maddəsi hesabına nail olunan daha dəqiq və hərtərəfli nəzarətin təşkili
hesab edilir.
Bazar münasibətlərinin inkişafı ilə bazardakı tələb və təklifdən asılı olaraq
hazırlanmaş məhsullar üçün qiymətin təyin edilməsi məsələlərində müəssisənin
müstəqilliyi genişlənir, mühasibat uçotu və onun altsisteminin kalkulyasiya
etmənin qarşısında qoyulan vəzifələr dəyişir. Bu cür şəraitdə kalkulyasiya etmənin
qarşısında sadəcə olaraq həqiqi maya dəyərinin hesablanmasını təmin etmək,
həmçinin müəssisənin müəyyən həcmdə mənfəət əldə etməsi üçün bugünki
bazarın iş şəraitinə cavab verən maya dəyərinin hesablanması vəzifəsi qoyulur.
Maya dəyərinin hesablanmış səviyyəsindən asılı olaraq istehsal, təşkili
qəbuledilə bilən səviyyəsi təmin edən maya dəyəri, eləcə də onun daima aşağı
salınması istiqamətində aparılmalıdır.
Buna görə hal-hazırda qeyri-müstəqim məsrəflərin bölüşdürülməsi və hə-
qiqi maya dəyərinin dəqiq hesablanması üzrə çox əmək tutumlu kalkulyasiya etmə
işindən maya dəyərinin proqnoz hesablanmasına, əsaslandırılmış normativ
kalkulyasiyanın tərtib olunmasına, istehsal prosesində onlara riayət edilməsi
üzərind nəzarətin təşkil edilməsinə nail olmaq əsas diqqət mərkəZində olmalıdır.
Bunlar xarici ölkələrdən mühasibatlığın təşkili sistemləridir. Onlardan
istifadə bazar iqtisadiyyatına tamamilə keçmiş ölkələrdə həyata keçirilir.
Məhsulun maya dəyərinin kalkulyasiya edilməsindən alınan informasiya
idarəetmə uçotunda geniş istifadə olunur və idarəetmə qərarlarının qəbul
olunmasında bir-başa iştirak edir.
Dostları ilə paylaş: