tapşırığını yerinə yetirməmişdir. Belə ki, bütün əmtəəlik məhsul istehsalı üzrə 212
63
min manat (24602-24390) artıq xərcə yol verilmişdir. Lazın müqayisə olunan
məhsulun maya dəyəri üzrə 49,5 min manat (23322 23442) qənaət olmuşdur.
Müqayisə olunmayan əmtəəlik məhsulun maya deyəri üzrə isə plana nisbətən 261
min manat artıq xərcə yol verilmişdir. Bu da maya dəyərinin aşağı düşməsinə və
mənfəət planının yerinə yetitilməsinə mənfi təsir göstərmişdir. Cədvəldən
göründüyü kimi, müqayisə olunan əmtəəlik məhsulun plan maya dəyəri 23442min
manat olduğu halda, faktiki maya dəyəri 23392 min manat olmuşdur. Cari ildə
isəməhsulun plan maya dəyəri keçən ilin orta maya dəyərilə müqayisədə 924 min
manat (23442-22518) artıq olmuşdur. Göründüyü kimi, keçən ilə nisbətən
müqayisə olunan məhsulun plan maya dəyəri 924min manat artıq olmuşdur ki, bu
da mühüm məsul növlərinin artması ilə izah olunur.
Verilmiş məlumatlardan göründüyü kimi cari ildə müqayisə olunan
məhsulun faktiki maya dəyəri keçən ilin orta maya dəyərinə nisbətən 874 min
manat (23392-22518) artıq olmuşdur.Göründüyü kimi, müqayisə olunan əmtəəlik
məhsul üzrə plan maya dəyərinə nisbətən faktiki maya dəyəri 49,5 min manat
(924-874) aşağı olmuşdur. Deməli, müqayisə olunan əmtəəlik məhsul üzrə plan
maya dəyərinə nisbətən faktiki maya dəyəri 0, 21 faiz (4,5:23442x100) aşağı
düşmüşdür.
Cədvəldən görünür ki, müqayisə olunmayan məhsula gəldikdə 261 (1209-
948) min manat və yaxud 27, 5 faiz (261:948x100) artıq xərcə yol verilmişdir ki,
bu da mühüm məhsul növlərinin faktiki istehsalı ilə, daha doğrusu, yeni növ
məhsul istehsalı ilə əlaqədardır. Müqayisə olunmayan əmtəəlik məhsula düşən
261 min manat artıq xərcdən müqayisə olunan əmtəəlik məhsul üzrə 49, 5 min
manat qənaəti çıxdıqda bütün əmtəəlik məhsulun tam maya dəyəri üzrə plana
nisbətən faktiki 212 min manat artıq xərcə yol verildiyini görərik. Bu artıq xərcə
yol verilməsinin ən mühüm səbəbin yeni növ məhsul (keçən ilə nisbətən )
istehsalının mənimsənilməsidir.