3.5. Əmtəəlik məhsulun bir manatına çəkilən xərclərin təhlili və onun
aşağı salınma ehtiyyatları
İqtisadi təhlil və plan hesablamaları üçün əmtəəlik məhsulun 1 manatına
düşən məsrəf göstəricisindən geniş istifadə olunur. Bu göstərici ümumi istehsalda
yeni məhsul istehsalının üstünlük təşkil etdiyi və əvvəlki ildə istehsal edilən
məmulat ilə müqayisəsi mümkün olmayan müəssisənin planlarından təyin edilir.
Bu göstərici əmtəəlik məhsulun maya dəyərinin həmin topdansatış qiymətləri ilə
həcminə nisbəti kimi hesablanır.
1 manatlıq əmtəəlik məhsula məsrəflər əsas istehsaldan alınmış msya dəyəri
və mənfəəti xarakterizə edir. 1 manatlıq əmtəəlik məhsula məsrəflərin təhlili illər
üzrə onun səviyyəsinin təhlilindən başlanır. Bunun üçün aşğıdaki kimi cədvəl
tərtib edək.
|