Cədvəl 3.6
Məhsulun çeşidlərinin dəyişməsinin ümumi məsrəflərin səviyyəsinə təsirinin
təhlili
Cədvəl məlumatlarından göründüyü kimi, məhsulun plan çeşidlərinin və
nomenklaturasının pozulması nəticəsində müstəqim məsrəflərin səviyyəsi 0,30
qəpik (63,69) aşağı düşmüşdür. Bütün əmtəəlik məhsulun faktiki buraxılışına
92,16 min man. (-0,30x30720:100) qənaət edilmişdir. Bu onunla əlaqədardır ki,
faktiki buraxılmış əmtəəlik məhsul üçün plan maya dəyərinin yenidən
hesablanması birbaşa məsrəflər üzrə aparılır. Xərclərin xüsusi çəkisi isə
müstəqim maddələrə aid edilmədən plana bərabər olaraq tapılır. Cədvələ diqqət
yetirsək görərik ki, plana nisbətən 1 manatlıq əmtəəlik məhsula məsrəflərə 1,07
qəpik (80,46-79,39) və yaxud 1,32 faiz (1,07:80,46x100) qənaət edilmişdir. Bu
da 657,4 min man. (1,07x61440:100) əmtəəlik məhsulun faktiki buraxılışına
qənaəti özündə əks etdirir.
Məhsulun çeşidlərinin və nomenklaturasının dəyişməsinin 1 manatlıq
əmtəəlik məhsula, material məsrəflərinin səviyyəsinə təsiri planda əvvəlcədən
nəzərdə tutulmuş maddələr üzrə məsrəflər çıxıldıqdan sonra müstəqim material
məsrəfləri üzrə müəyyən edilir. Bu maddələrə xammal və materiallar, satın
alınmış yarımfabrikatlar, kənar müəssisə və təşkilatların istehsal xarakterli iş və
Dostları ilə paylaş: |