Microsoft Word istehsal m?SR?FL?Rinin ucotu, T?Hlili v? Onun s?M?R?Liliyinin yuks?Ldilm?Si yollari docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix31.12.2021
ölçüsü0,58 Mb.
#112329
1   ...   24   25   26   27   28   29   30   31   32
NIGAR (1)

 

3.6. Əmtəəlik məhsulun bir manatına çəkilən xərcə təsir edə

amillərin təhlili 

Sənaye müəssisələri və istehsal birliklərinin tam təsərrüfat hesabı şəraitində 

işləməsi,  onların  maliyyə  nəticələrinin  yaxşılaşması  və  bütövlükdə  istehsalın 

iqtisadi  səmərəliliyinin  yüksəldilməsi  üçün  məhsul  istehsalına  məsrəflərin 




 

72 


 

azaldılması və buna təsir edən amillərin daha dərindən təhlili mühüm əhəmiyyət 

kəsb edir. Müasir şəraitdə məhsulun maya dəyərinin aşağı salınması müəssisənin 

mənfəətinin  artırılmasında  həlledici  amil  olmaqla  onun  istehsal  və  sosial 

inkişafının,  işçilərin  maddi  marağının  stimullaşdırılması  üçün  əsas  mənbə 

olmalıdır. 

İqtisadi  islahat  şəraitində  müəssisələr  üçün  məhsulun  maya  dəyəri  üzrə 

təhlilin rolu və əhəmiyyəti hədsiz dərəcədə böyükdür. Belə ki, məhsul istehsalına 

və satışına məsrəflər barədə geniş informasiyaya malik olmadan istehsal prosesini 

səmərəli idarə etmək mümkün deyildir. 

Bir manatlıq əmtəəlik məhsula (iş və xidmətə) məsrəflərin təhlili prosesində 

onların  dinamikası,  faktiki  məsrəflərin  nəzərdə  tutulmuş  plana  nisbətən 

kənarlaşması, qənaət və ya artıq xərclərin səbəbləri öyrənilməlidir. 

Sənaye  müəssisələrində  bir  manatlıq  əmtəəlik  məhsula  faktiki  məsrəflərin 

nəzərdə tutulan plana nisbətən kənarlaşması aşağıdakı amillərin təsiri nəticəsində 

ola  bilər.  Məhsulun  quruluşu  və  çeşidlərinin  planlaşdırılmasında  yol  verilmiş 

nöqsanlar;  məhsulun  maya  dəyəri  səviyyəsinin  dəyişməsi;  satın  alınmış 

yarımfabrikatların qiymətinin, yanacaq, elektrik enerjisi və yükdaşıma tariflərinin 

dəyişməsi;  əmtəəlik  məhsulun  topdansatış  qiymətinin  qəbul  edilmiş  plana 

nisbətən aşağı düşməsi (yüksəlməsi). 

Yuxarıda  göstərilən  amillərin  1  manatlıq  əmtəəlik  məhsula  məsrəflərin 

dəyişməsinə  təsirini  hesablamaq  üçün  təsərrüfat  fəaliyyətini  təhlil  etdiyimiz 

maşınqayırma  müəssisənin  uçot  və  hesabat  məlumatlarından  istifadə  etməklə 

tərtib olunmuş cədvəli nəzərdən keçirək. 

3.8-ci  cədvəlin  məlumatlarından  istifadə  etməklə  bir  manatlıq  əmtəəlik 

məhsula  məsrəflərin  dəyişməsinə  təsir  edən  ayrı-ayrı  amillərin  təsir  dərəcəsini 

aşağıdakı ardıcıllıqla hesablayaq: 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin