Zədələnənlərin real vəziyyətindən asılı olaraq tibbi yardım göstərilir. Əvvəlcə
zərərçəkənlərin yerləri müəyyən edilir. Sanitar manqaları zərər çəkmişlərə ilk
yardım göstərir və onları nəqliyyat vasitəsilə yaxud sanitar maşınlarında stasionar
tibbi yardım məntəqələrinə köçürürlər. Bu tədbir ən qısa marşrutlarla yerinə
15
–İstehsalat qəzaları və təbii fəlakət nəticələrinin aradan qaldırılması - zədələnmə
(zəhərlənmə) ocaqlarında, fəlakətli subasma zonalarında və təbii fəlakət
rayonlarında zərər çəkmiş əhaliyə hər cür yardım göstərmək, dağıntıların və
itkilərin artmasının qarşısını almaq, eləcədə şəhərlərin, yaşayış məntəqələrinin və
təsərrüfat obyektlərinin həyat fəaliyyətini bərpa etmək məqsədilə qısa müddətdə
icra olunan tədbirlərdən ibarətdir;
-xilasetmə işlər fasiləsiz aparılmalıdır;
- yanğınların söndürülməsi və qəza-bərpaedici işlər aparılmalıdır.
Dostları ilə paylaş: