strateji planlaşdırma ilə rəhbər orqanların aparıcı işçilərinin məşğul olması
aydındır.Lakin bu işdə onların əsas dayaq yerləri müvafiq sahə üzrə yüksək
səviyyədə ixtisaslaşmış mütəxəssislərdir.Strateji planlaşdırmanın işlənilməsində
mütəxəssislər tələb olunan məlumatları toplayır, sistemləşdirir və onları strategiyanı
müəyyənləşdirən rəhbərliyə təqdim edirlər.
Hər il strategiyanı təkmilləşdirən təşkilatlarda isə strategiyanın gedişi, həyata
keçirilməsi, müxtəlif bölmələr üzrə onun icra vəziyyəti öyrənilərək məlumatlar
şəklində strategiyanı formalaşdıran şəxslərə verilir. Strateji planlama üzrə
mütəxəssislər rəhbərliyə hər zaman strateji planların həyata keçirilməsində köməklik
göstərə bilirlər. Bu kömək, hər şeydən əvvəl bütün səviyyələrdə rəhbər olan şəxslərə
27
öz sahələri üzrə görəcəkləri işi anlatmaq, strateji planın ayrı-ayrı sahələr üzrə
bütünlükdə şirkət üzrə həyata keçirilməsi haqda məlumatlar verməkdən
ibarətdir.Lakin mütəxəssislərə strateji qərarlar qəbul etməyə, strateji planlar tərtib
etməyə və yaxud ciddi təkliflər verməyə icazə verilmir.Çünki, bunlar bütün şirkətin
fəaliyyəti ilə bağlı ümumi strateji hədəfdən xəbərsizdirlər və belə cəhd göstərsələr
ciddi səhvlərə yol verə bilərlər.Bundan əlavə, əgər strateji planı mütəxəssislər
tutarlarsa və onun icrasına nəzarəti rəhbərlik həyata keçirərsə bu pis nəticələrə gətirib
çıxara bilər və bu halda günahkarı tapmaq asan deyildir.
Başqa bir tərəfdən, əgər strateji plan rəhbərlik tərəfindən tutulmamışsa onda heç
bunun həyata keçirilməsinə də layiqincə rəhbərlik edə bilməyəcək və öz şəxsi fikir və
məqsədləri hər zaman onu fəaliyyətdən kənara çəkəcəkdir.Beləliklə də, nəzərdə
tutulanlar həyata keçirilməyəcəkdir.
Deməli, strateji plan yalnız onu icra edəcək rəhbərlər tərəfindən tutulmalıdır ki,
o da özündən yuxarı rəhbərlik qarşısında icraya məsuliyyət daşıyaraq onu yerinə
yetirməyə çalışsın.Bir rəhbərin icraya nəzarət etmədiyi digər sahə, bölmə, qurum
üçün də strateji plan işləməsi yolverilməzdir, çünki, planı təqdim edən icraçı
olmadığına, icraçı isə plana görə cavabdeh olmadığına görə nəticə uğursuz olur.
Dostları ilə paylaş: