Microsoft Word Samir? dissertasiya docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə30/36
tarix19.11.2022
ölçüsü0,69 Mb.
#119717
1   ...   26   27   28   29   30   31   32   33   ...   36
kerimova samira (1)

 
 
 
 
 
 
 
 
 
 


77 
Şə
kil 4. [20] 
COSO kubu 
COSO kubundan da göründüyü kimi bu daxili nəzarət sistemi bir-biri ilə 
ə
laqədar olan 5 ünsürdən ibarətdir. Bu ünsürlər aşağıdakılardır: 
1) Nəzarət mühiti
2) Risklərin qiymətləndirilməsi
3) Nəzarət tədbirləri
4) İnformasiya və kommunikasiya; 
5) Monitorinq. 
Nəzarət mühiti.Nəzarət mühiti daxili nəzarətin əsas baza ünsürüdür. Yəni, 
daxili nəzarətin nə qədər səmərəli olacağı nəzarət mühitindən asılıdır. Nəzarət mühiti 
təşkilatın iş görmə formasını ifadə edir. Belə ki, müəssisədəki hər bir fərd səlahiyyət 
məsuliyyətin çərçivəsini, həddini yaxşı bilməlidir. Çünki, nəzarətin həyata 
keçirilməsində əsas rolu işçilər oynayır. 
Nəzarət mühiti müəssisənin idarə heyəti və rəhbərlərinin daxili nəzarət sistemi 
ilə əlaqədar davranış və rəftarları, idarəetmə siyasəti, müəssisənin təşkilati strukturu, 
səlahiyyət və məsuliyyətin verilməsi zamanı əməliyyatlar və kadr siyasətindən 
ibarətdir. Bu ünsür daxili nəzarəti hər istiqamətdə əhatə edir. 
Nəzarət mühitinin əsasını təşkilatın keçmişi, təşkilati mədəniyyət və idarə-etmə 
fəlsəfəsi təşkil edir. Nəzarət mühitini təşkil edən əsaslar bunlardır: 


78 
- Dürüstlük və əxlaqi dəyərlər
- Yuxarı rəhbərliyin mövqe və davranışları, idarəetmə fəlsəfəsi və fəaliiyət 
forması; 
- İnsan resurslarının idarəedilməsi və siyasəti; 
- Qanuna uyğunluğun əsas prinsip kimi nəzərə alınması; 
- Təşkilati quruluş
- Səlahiyyət və məsuliyyətin müəyyən edilməsi 
Effektiv daxili nəzarət sisteminə malik olmaq üçün yuxarıda sadalananların 
düzgün şəkildə idarə olunması zəruridir. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin