Microsoft Word Samir? dissertasiya docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə33/36
tarix19.11.2022
ölçüsü0,69 Mb.
#119717
1   ...   28   29   30   31   32   33   34   35   36
kerimova samira (1)

Sxem 7. [34] 
COCO modeli mexanizmi 
 
 
Məqsəd – təşkilatın istiqamətini müəyyən edir. Bu qrupda təşkilatın məqsədləri
risklərin idarə edilməsi, planlar və xidməti fəaliyyət hədəfləri öz əksini tapır. Bu 
qrupa daxil olan 5 meyar aşağıdakılardan ibarətdir: 
1) Məqsədlər dəqiq müəyyən olunmalı və bütün heyətə aydın şəkildə 
çatdırılmalıdır. 
2) Məqsədlərə çatmağa mane ola biləcək bütün əhəmiyyətli daxili və xarici 
risklər müəyyən olunmalı və qiymətləndirilməlidir. 
3) Məqsədlərə nail olmağa və risklərin idarə olunmasına kömək edəcək 
üsullar müəyyən olunmalı və işçilərə çatdırılmalıdır. 
4) Məqsədlərə nail olmağı təmin edəcək səylərə istiqamət verə bilən planlar 
hazırlanmalı və təbliğ edilməlidir. 
məqsəd
məsuliyyət
kafilik
monitorinq və 
təlim


82 
5) Məqsədlər və onunla əlaqədar planlar özündə qiymətləndirilə bilən 
xidməti fəaliyyət hədəflərini və göstəricilərini ehtiva etməlidir. 
Məsuliyyət (Öhdəlik). Bu qrup özündə təşkilatın imici və əxlaqi dəyərləri, 
insan resursları siyasətini, səlahiyyət və məsuliyyəti və qarşılıqlı etibarı özündə 
cəmləşdirir. Bu qrupa 4 meyar daxildir: 
1) başda dürüstlük olmaqla əxlaqi dəyərlər müəyyən olunmalı, işçilərə 
çatdırılmalı və bütün şirkətdə tətbiq olunmalıdır. 
2) İnsan resurslarının idarə edilməsi qaydaları şirkətin əxlaqi dəyərləri və 
məqsədlərinə uyğun olmalıdır. 
3) Qərarların düzgün şəxslər tərəfindən qəbul olunması və qəbul olunmuş 
qərarların icrasını təmin etmək üçün səlahiyyət və məsuliyyət aydın 
şə
kildə müəyyən edilməli və müəssisənin məqsədlərinə uyğun olmalıdır. 
4) Müəssisənin məqsədlərinə çatmasına istiqamətlənən fəaliyyəti artırmaq 
və işçilər arasında əlverişli informasiya mübadiləsini gücləndirmək üçün 
qarşılıqlı etimad, güvən mühiti yaradılmalıdır. 
Kafilik – işçilərin, informasiya və nəzarət sistemlərinin malik olmalı olduğu 
xüsusiyyətləri müəyyən edir. Bu, özündə 5 meyarı birləşdirir ki, bunlardan 
aşağıdakılardan ibarətdir: 
1) Müəssisənin məqsədlərinə nail olunması üçün işçilər zəruri bilik, bacarıq 
və təchizata malik olmalıdırlar. 
2) İnformasiya-kommunikasiya sistemi firma dəyərlərini və məqsədlərə 
nail olunmasını dəstəkləməlidir. 
3) İşçilərin vəzifələrini yerinə yetirə bilmələri üçün kifayət qədər və 
müvafiq məlumatlar müyyən edilməli və onlara ötürülməlidir. 
4) Müəssisənin müxtəlif bölmələri tərəfindən qəbul olunan qəralar və 
onların icrası arasında koordinasiya təmin olunmalıdır. 
5) Nəzarət tədbirləri müəssisənin tərkib hissəsi kimi nəzərdən keçirilməli 
və onun məqsədlər, risklər və digər ünsürlərlə əlaqəsi araşdırılmalıdır. 


83 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin