Microsoft Word Samir? dissertasiya docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə8/36
tarix19.11.2022
ölçüsü0,69 Mb.
#119717
1   ...   4   5   6   7   8   9   10   11   ...   36
kerimova samira (1)

Müasir idarəetmə - İdarəetmədə elm və ya kəmiyyət məktəbi.Riyaziyyat, 
statistika, kibernetika, informatika elmləri və onlarla bağlı olan bilik sahələri 
menecment nəzəriyyəsinin inkişafında böyük rol oynamışlar. Onların rolunu elmi 
metodların tətbiq edilməsində də görmək olar. 
İ
kinci Dünya Müharibəsinə kimi kəmiyyət metodları idarəetmədə kifayət qədər 
istifadə edilmirdi. İngilislər almanların hava hücumu zamanı kütləvi şəkildə məhv 
olmamaq üçün özlərinin məhdud sayda olan döyüş təyyarələri və hava hücumundan 
müdafiə vasitələrindən daha effektli istifadə etmək üsullarını axtarmalı oldular. 
Sonralar müttəfiqlərin Avropaya çıxarılmasını təmin etmək, lazım olan hərbi 
təchizatın effektliyini maksimallaşdırmaq üsullarını axtarmaq lazım gəldi. 
“Əməliyyatların tətbiqi” ümumi adı altında birləşdirilən bu metodlar sonralar daha da 
təkmilləşdirilərək müasir problemlərinin həllində kəmiyyət metodları kimi istifadə 
edilirlər. Riyazi üsulların və modellərin tətbiqi, sözün əsl mənasında, təşkilatın 
ə
məliyyat problemlərinə elmin tətbiqidir.
Müasir idarəetmə (kəmiyyət) məktəbi
 modellərin qurulması, kompüterlərin 
tətbiqi, yüksək rabitə texnologiyası, iqtisadi-riyazi üsulların tətbiqini menecmentə 
gətirdi və çox böyük dəqiqliklə həyata keçirdi. Bu məktəb kibernetikanı,
informatikanı, iqtisadi - riyazi modelləri, kompüter texnologiyasını, mürəkkəb rabitə 
texnologiyasını və s. elmi - texniki yenilikləri bərqərar etdi. 
Ümumiyyətlə, yuxarıda haqqında danışılan bu dörd məktəb tərəfindən 
yaradılan və ya sistemləşdirilən bütün prinsiplər, metodlar, funksiyalar, üslublar 
menecmentdə yerinə və vacibliyinə görə eyni zamanda tətbiq olunmalıdırlar. Əks 
halda tam və uğurlu idarəetməyə nail olmaq mümkün deyildir. 
 
 


14 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin