Microsoft Word Samir? dissertasiya docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə10/36
tarix19.11.2022
ölçüsü0,69 Mb.
#119717
1   ...   6   7   8   9   10   11   12   13   ...   36
kerimova samira (1)

lkin nəzarət – təsərrüfat əməliyyatları başlamazdan əvvəl həyata keçirilir. 
Onun həyata keçirilməsinin əsas vasitəsi kimi müəyyən qaydaların, prosedurların və 
davranış xəttinin reallaşdırılması çıxış edir.
Cari nəzarət – bilavasitə işlərin yerinə yetirilməsi gedişində həyata keçirilir. 
Onun obyektini çox vaxt insanlar – təşkilatın əməkdaşları təşkil edir. Bu nəzarət 
tabeçilikdə olanların işinin müntəzəm olaraq yoxlanılması, qarşıya çıxan 
problemlərin müzakirəsi və işin təkmilləşdirilməsi üzrə təkliflər planı və 
təlimatlardan kənarlaşmaları aradan qaldırmağa kömək edir. Cari nəzarət əks əlaqəyə 
ə
saslanır. 


22 
Son nəzarət– iş yerinə yetirildikdən sonra aparılır. Onun məqsədi gələcəkdə 
səhvlərə yol verilməməsidir. Son nəzarətdə əks əlaqə iş yerinə yetirildikdən sonra, 
cari nəzarətdə isə işin yerinə yetirilməsi gedişində həyata keçir. Son nəzarət düzəliş 
etmək baxımından çox gec həyata keçir. Lakin onun iki mühüm funksiyası var: 
- gələcəkdə anoloji işlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdursa, son 
nəzarət təşkilatın rəhbərliyinə planlaşdırma üçün zəruri olan informasiya 
verir; 
- motivasiya baxımından son nəzarət əhəmiyyət kəsb edir. 
Yuxarıda qeyd etdiyimiz kimi, idarəetmə mexanizminin 3-cü ünsürü idarəetmə 
metodlarıdır. İdarəetmə metodlarının təsnifatını verməzdən əvvəl bu anlayışa tərif 
verək. 
“Metod” yunan sözü olub, “tədqiqat üsulu” deməkdir. Metod – istehsal 
kollektivinə və ya onun hər hansı bir üzvünə məqsədyönlü təsir edilməsi vasitəsidir. 
Anlayış etibarilə metod – fənd, üsul və ya hər hansı idarəetmə, insan fəaliyyətinin 
fəndlərinin məcmusu, hər hansı məqsədə çatmaq imkanı, hər hansı vəzifənin, 
tapşırığın, sərəncamın, göstərişin, təlimatın həlli yolları və onların yerinə yetirilməsi 
vasitəsidir.
İ
darəetmə metodu idarəetmə subyektinin idarəetmə sisteminin strateji və taktiki 
məqsədlərinin praktik həyata keçirilməsi üzrə idarəetmə obyektinə təsir metodudur. 
İ
darəetmə metodunun başlıca rolu və məqsədi idarəetmə prosesinin düzgün təşkilinə 
şə
rait yaratmaq, qarşıya qoyulan məqsədə tam çatmaq üçün müasir texnikadan, 
ə
məyin və istehsalın təşkilinin mütərəqqi formalarından səmərəli istifadə etməkdən 
ibarətdir. Bütün idarəetmə metodlarının əsas vəzifəsi istehsalın səmərəliliyini 
yüksəltməkdə, idarəetmə komandalarının dürüst və vaxtında yerinə yetirilməsində 
maraq və onu inkişaf etdirməkdir. 
İ
darəetmədə bir çox metodlardan istifadə edilir və onlar öz təbiətinə və 
tərkibinə, məzmununa, fəaliyyət dairəsinə, təsir meaxanizminə, ayrı-ayrı idarəetmə 
münasibətlərinə, obyektinə, bilavasitə və dolayı təsirinə görə fərqlənirlər. 
Bilavasitə (birbaşa) təsir metodları aşağıdakı kimi təsnifləşdirilir: 


23 
1. Mənəvi təsir metodları 
a) siyasi tərbiyə 
b) sosial - psixoloji 
2. Maddi təsir metodları

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin