1.3. Menecmentin səmərəliliyi və rəhbərlik üslubu İ
darəetmə sisteminin yaxşı fəaliyyət göstərməsini təmin etmək üçün peşəkar
rəhbərlik etməyin üç başlıca şərtinə əməl etmək zəruridir:
• bütün tapşırıq və sərəncamlar formalaşdırılmalı, onların yerinə
yetirilməsi müddəti və bu iş üçün məsul şəxs müəyyənləşdirilməlidir;
• hər hansı bir tapşırıq və sərəncamın vaxtında yerinə yetirilməsi üçün
müəyyən edilmiş müddətə dəqiq nəzarət edilməli, nəzarətdə heç bir
güzəştə yol verilməməli və nəzarət idarəetmə texnologiyasının zəruri
elementi olmalıdır;
• əhəmiyyətindən asılı olmayaraq yerinə yetirilən hər bir iş rəhbər
tərəfindən təhlil edilməli və qiymətləndirilməlidir. Bütün iradlar dərhal
icraçılara deyilməli, yaxşı iş üçün əməkdaşa təşəkkür edilməlidir.
Bu üç tələbi dəqiq və müntəzəm yerinə yetirən rəhbər əmin ola bilər ki, onun
idarəetmə sistemi istənilən şəraitdə etibarlı fəaliyyət göstərə bilər.
Rəhbərlik üslubu dedikdə şəraitin işlənib hazırlanması, qəbul edilməsi və onun
icrasına nəzarətin həyata keçirilmə formaları başa düşülməlidir. Rəhbərlik üslubu hər
bir rəhbərə xas olan metodlar və fəndlər sistemidir.
“Üslub” sözü yunan mənşəli sözdür. İlkin dövrdə bu termin mumlu kağız
üzərində yazı yazmanın əsası, sonralar isə “xətt” kimi işlədilmişdir. Bunun əsasında
da demək olar ki, rəhbərlik üslubu dedikdə, bir növ menecerin fəaliyyətinin dəsti-
xətti başa düşülür.
Üslub rəhbər tərəfindən formalaşdırılır və onun idarəetmə manerasını
xarakterizə edir. Aşağıda müasir rəhbərlik üslubunun bir sıra əlamətləri verilir.
o Öz qüvvəsini başlıca məsələnin həllinə cəmləşdirmək zəruriliyi. Bunun
üçün bütün işlər əhəmiyyətinə görə təsnifləşdirilməli və bu gün üçün
başlıca olan işdən başlamalı, sonra isə ikincisi, üçüncüsü və daha
sonrakılar yerinə yetirilməlidir.
27
o Həmişə ciddi şəkildə gözlənilməli olan şərt-aksioma - bütün işlər üçün
müddətin müəyyən edilməsidir.
o Bütün qərarları öz vaxtında reallaşdırmaq lazımdır. Bu onların
səmərəliliyini təmin etməklə bərabər idarəetmə aparatındakı intizamı
təmin edir.
o Öz fikrini söyləyənə qədər tabeçilikdə olan işçilərin fikrini öyrənmək
lazımdır.
o Funksiyalar rəhbər tərəfindən tabeçilikdə olanlar arasında dəqiq
bölüşdürülməlidir.
o Tabeçilikdə olanlara maksimum fəaliyyət azadlığı vermək və xırda
qəyyumluqdan əl çəkmək lazımdır.
o Rəhbər yalnız o işləri yerinə yetirməlidir ki, həmin işlər onun şəxsən
iştirakını tələb etsin. Rəhbər tabeçilikdə olanların yerinə yetirə biləcəyi
işləri yerinə yetirməməlidir.
o Rəhbər öz üzərinə nə qədər çox iş götürürsə bir o qədər az
müvəffəqiyyət qazanır.
o Uzun –uzadı nitq söyləməkdən və danışıqlardan qaçmalı. Fikri qısa və
son dərəcə aydın şəkildə ifadə etməli.
o Nəzarət daima olmalıdır, lakin alçaldıcı və zəhlətökən olmamalıdır, o
işgüzar olmalıdır.
o Xırda çatışmamazlıqlardan dərhal yaxa qurtarmaq lazımdır, əks halda o
böyüyə bilər və ciddi problemə çevrilər.
o Bütün faydalı təşəbbüsləri hər cür həvəsləndirmək lazımdır. Bu
tabeçilikdə olanların fəaliyyətini yüksəldir və s.
Birinci dəfə rəhbərliyin üslub məsələlərinə K.Levim tərəfindən baxılıb.
Rəhbərlik üslubunun təsnifatının bir neçə tipi vardır. Ən çox yayılmış tip özündə
aşağdakı 3 növü birləşdirir:
1) Direktiv (bunu çox vaxt avtoritar üslub adlandırırlar);
2) Demokratik;
28
3) Liberal.
Tarixən yaranmış və indiyə qədər praktikada ən geniş yayılmış rəhbərlik tipi