36
yeniyetmələrin mövcudluğunu aydın şəlikdə görürük. Amma sonrakı illərdə bu
problem aradan qalxmışdır. İqtisadiyyatda məşğul olan
əmək qabiliyyətli yaşdan
yuxarı əhalinin sayında 2009-cu ildən 2011-ci ilə qədər azalma müşahidə olunmuş,
lakin 2012-ci ildə əvvəlki illə müqayisədə 16,3 min nəfər artaraq 142,9 min nəfər
olmuşdur. 2013-cü ildə yenidən azalma müşahidə olunmuş və bu rəqəm 128,1 min
nəfər təşkil etmişdir.
İ
nsan resurslarının idarə edilməsinin mahiyyəti ondan ibarətdir ki, insanlar
rəqabət
obyekti olaraq, məqsədə çatmaq üçün başqa resurslarla yanaşı, səmərəli
yerləşdirilməli, inkişaf etdirilməli və motivləşdirilməlidirlər
.
İ
nsan resurslarının idarə edilməsində başlıca məqsəd onların potensialından,
yaradıcı imkanlarından maksimum istifadə edilməsidir. Lakin sözün geniş mənasında
insan resurslarının idarə edilməsi aşağıdakı kompleks məsələləri əhatə edir:
- müəssisə, firma və şirkətlərin konkret strategiyasına uyğun gələn işçi
heyətinə tələbatın müəyyən edilməsi;
- əmək bazarının qiymətləndirilməsi və məşğulluq amilinin təhlili;
- əməkdaşların karyerasının planlaşdırılması, onların inkişaf irəliləyişi;
- fəaliyyətin motivləşdirilməsi sisteminin hazırlanması;
- əmək məhsuldarlığının idarə edilməsi;
- əmək gəlirlərinin, müəssisə daxili
əmək və istehlak ölçüsünün
tənzimlənməsi;
- müəssisə daxili fəal sosial siyasətin aparılması;
- yaradıcı işin, o cümlədən texniki yaradıcılığın stimullaşdırılması;
- qabaqcıl əmək üsullarının tətbiqi;
- heyətin peşə - ixtisas hazırlığı;
- münaqişələrin yumşaldılması, idarə edilməsi;
- normal sosial- psixoloji mühitin yaradılması.
Müasir dövrdə insan resurslarının idarə edilməsinin əsas məqsədi
aşağıdakılardır:
• qabiliyyətli insan resurslarını müəssisəyə cəlb etmək;
37
• qabiliyyətli insan resurslarını hazırlamaq və inkişaf etdirmək;
• qabiliyyətli insan resurslarını müəssisədə saxlamağı bacarmaq.
Müasir dövrdə insan resurslarının idarə edilməsi probleminin ən əhəmiyyətli
mövzuları bunlardır:
1. təşkilat mədəniyyətinin yaradılması;
2. dəyişikliklərin idarə olunması;
3. xidməti fəaliyyətin (işin) və bacarıqların ölçülməsi, inkişaf etdirilməsi və
idarə edilməsi;
4.
motivasiya;
5. münaqişələrin idarə olunması;
6. informasiya sistemi və onun idarə edilməsi.
Təşkilatın müvəffəqiyyətində
təş
kilat mə
də
niyyə
tinin rolu böyükdür.
Məlumdur ki, müəssisələr maddi nemətlər və xidmətlər istehsal etmək üçün yaradılır.
İ
stehsal müəyyən texnoloji zəncirlə bağlı olur. Bu zəncirləri işə salmaq üçün
müəssisədə inzibati aparat fəaliyyət göstərir ki, burada hər kəs müxtəlif funksiyaları
yerinə yetirir. Lakin müəssisənin fəaliyyəti yalnız texnologiya və ya idarəetmə
iyerarxiyası əsasında fəaliyyət göstərə bilməz. Müəssisələrdə,
təşkilatlarda fəaliyyət
göstərən insanlar öz fəaliyyətlərində konkret qaydaları rəhbər tuturlar. Təşkilat öz
mədəni mühitini bu zaman əks etdirir.
Təşkilat mədəniyyəti təşkilatın dəyərlər sisteminə əsaslanır. Bunlara davranış
normaları, münasibətlər, dəyərlər aiddir. Misal üçün bir çox müəssisələrdə xüsusi
geyim, işçinin adı yazılmış döş nişanları, hər ay ən yaxşı işləyən işçinin şəklinin
xüsusi lövhəyə vurulması, iş gününün başlanmasında himnin səsləndirilməsi və s.
ayrı-ayrı
müəssisələr üçün dəyərlər, normalardır. Təşkilatın bazis dəyərləri davranış
normalarına əsaslanan təşkilat mədəniyyətinin üst qatını təşkil edir.
Təşkilat mədəniyyətinə belə bir tərif verə bilərik: Təşkilat mədəniyyəti
təşkilatda çalışanların davranışını formalaşdıran, istiqamətləndirən əsas dəyərlər,
inanclar, ideologiyalardır. Təşkilat mədəniyyəti özünü aşağıdakılarda təzahür etdirir:
• mərasimlərdə
38
• təşkilatda məşhur olan hadisələr və onların nəqli
istifadə olunan dil
• büroların dizaynı, təchizatı
• geyim
•
intizam
• işçilərin təşəbbüskarlığı və itaətkarlığı
• qərar vermə prosesi
Dostları ilə paylaş: