Microsoft Word Samir? dissertasiya docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə32/36
tarix19.11.2022
ölçüsü0,69 Mb.
#119717
1   ...   28   29   30   31   32   33   34   35   36
kerimova samira (1)

Monitorinq.Daxili nəzarət sisteminin fəaliyyətinin kəmiyyət və keyfiyyətini 
vaxtaşırı qiymətləndirmək lazımdır. Monitorinqin məqsədi müəssisələrdə mövcud 
olan daxili nəzarət sisteminin müvafiq qaydada hazırlanıb-hazırlanmadığına, düzgün 
formada tətbiq edilib-edilmədiyinə və səmərəli olub-olmadığına qərar verməkdir. 


80 
Daxili nəzarət sistemləri müəyyən vaxt ərzində xarici faktorların dəyişməsi
yeni işçilərin işə götürülməsi, üsulların, sistem və digər ünsürlərin dəyişməsi 
səbəbindən səmərəliliyini itirə bilər. Daxili nəzarət strukturunun monitorinqi 
müntəzəm yoxlama, yaxud xüsusi qiymətləndirmə, yaxud dahər iksinin istifadəsi ilə 
reallaşırılır. 
COCO (Criteria of Control Objectives) modeli Kanada Mühasibləri 
Nizamnaməsi İnstitutu tərəfindən 1995-ci ildə “nəzarət kitabçası” yaxud “nəzarət 
üzrə təlimat” (Guidance on Control) adıyla nəşr olunmuşdur. Qısaca “COCO 
Hesabatı” kimi də adlandırılan tədqiqatda daxili nəzarət sisteminin səmərəliliyini 
ölçməyə imkan verən müxtəlif meyarlar təqdim olunmuşdur. 
COCO modeli nəzarəti müəssisənin məqsədlərinə çatması üçün işçiləri 
dəstəkləyən və onları kollektivdə saxlayan səbəblər, sistemlər, proseslər, təşkilati 
mədəniyyət, təşkilati quruluş, vəzifələr kimi əsas biznes ünsürlərindən biri olaraq 
qəbul etmişdir. 
Nəzarət kitabçasının məqsədi idarəetmədə maraqlı tərəflər üçün müəyyən 
çərçivə təyin etməkdir. Nəzarət kitabçasının yaradılmasına 3 əsas səbəb göstərilir: 
 Quruluşun (təşkilatın, müəssisənin və s.) audit fəaliyyətinin artırılması 
üçün ümumi hesabata ehtiyac var; 
 Quruluşların bir çoxunda artan rəqabət mühiti və qlobal rəqabət mühiti 
ilə əlaqədar nəzarət sistemlərinin dəyişilməsinə ehtiyac var; 
 Quruluşların dəyərlərin mübadiləsi və açıq ünsiyyət kanalları kimi fərqli 
nəzarət mexanizmlərinə ehtiyacı var. 
COCO nəzarət kitabçasında daxili nəzarətin məqsəd və funksiyalarının 
qiymətləndirilməsində istifadə edilə biləcək 20 spesifik meyar müəyyən olunmuşdur. 
Bu meyarlar 4 başlıq altında qruplaşdırılmışdır. Bura 5 meyardan ibarət olan məqsəd 
(purpose), 4 meyardan ibarət olan məsuliyyət (commitment), 5 meyardan ibarət 
kafilik (capability) və 6 meyardan ibarət monitorinq və təlim (monitoring and 
learning) daxildir. Bu model qeyd olunan meyarların daxili nəzarətin istənilən 
komponentinin effektiv qiymətləndirilməsinə zəmanət verir. 


81 
COCO modelində qeyd olunan 4 qrup meyar nəzarət prosesinin davamlı 
olduğunu əks etdirə bilməsi üçün bir-birini dairəvi olaraq təqib edən bir proses kimi 
qiymətləndirilməlidir. Bunu əyani olaraq aşağıdakı sxemdə göstərə bilərik. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin