Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə17/40
tarix31.12.2021
ölçüsü0,56 Mb.
#112452
1   ...   13   14   15   16   17   18   19   20   ...   40
taqiyeva mehin

 

1.2 Beynəlxalq iqtisadi münasibətlərin əsas forması kimi 

beynəlxalq ticarətin müasir inkişaf xüsusiyyətləri. 

 

Beynəlxalq  əmək  bölgüsü  müxtəlif  ölkələrin  müəyyən  əmtəə  və 

xidmətlərin istehsalı üzrə ixtisaslaşdıqları və sonradan bu əmtəə və xidmətlərlə 

mübadiləni  həyata  keçirdikləri  qarşılıqlı  surətdə  asılı  olan  istehsalın  təşkili 

sistemi və ya üsuludur. 

BƏB  ictimai  əmək  bölgüsünün  xüsusi  növüdür,  ölkədaxili  əmək 

bölgüsündən  fərqli  olaraq  BƏB  müxtəlif  ölkələrin  təsərrüfat  subyektləri 

arasında  baş  verir,  istehsalın  beynəlxalq  ixtisaslaşması  və  mübadiləsinə 

ə

saslanır. 



Dünya  təsərrüfat  sisteminin  meydana  gəlməsində  və  inkişafında 

beynəlxalq  əmək  bölgüsünün  və  xarici  ticarətin  xüsusi  rolu  olmuşdur. 

Beynəlxalq iqtisadi əlaqələrin maddi əsasını ümumdünya təsərrüfatı təşkil edir. 

Ümumdünya  təsərrüfatının  yaranması  hər  bir  ölkənin  özünün  milli 

iqtisadiyyatının  inkişafına,  beynəlxalq  iqtisadi  münasibətlərin  genişlənməsinə, 

istehsalın  beynəlmiləlləşməsinə  və  xarici  ticarət  əlaqələrinin    inkişafına  səbəb 

olur. 



 

19

          Müasir dövrdə beynəlxalq əmək bölgüsü əsasında ölkələr arasında xarici 



ticarət əlaqələrinin rolu xeyli artmışdır. Bu ondan irəli gəlir ki, tarixən ərazi və 

iqtisadi potensial cəhətdən dünya ölkələri müqayisəli üstünlük prinsipi əsasında 

öz  inkişafını  təmin  edirlər.  Hər  bir  ölkənin  müqayisəli  üstünlük  prinsipi  onun 

digər  ölkələrlə  faydalı  ticarət  əlaqələrinin  qurulmasına  lazımi  şərait  yaradır. 

Xarici ticarət əlaqələri ölkələr arasında çoxlu məhsul axınını özündə əks etdirir. 

Ə

mtəələrin  alqı-satqı  əməliyyatlarının  həyata  keçirildiyi,  möhkəm,  müntəzəm 



xarakter daşıyan dünya əmtəə bazarları məhz belə şəraitdə qərarlaşır. 

 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin