Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə20/40
tarix31.12.2021
ölçüsü0,56 Mb.
#112452
1   ...   16   17   18   19   20   21   22   23   ...   40
taqiyeva mehin

Xarici  ticarətin  milli  iqtisadiyyat  üçün  əhəmiyyətini  ümumi  şəkildə 

aşağıdakı kimi qruplaşdırmaq olar: 

•  İstehsal  və  resurs  çatışmazlığının  aradan  qaldırılması. İnkişaf etməkdə 

olan  ölkələr  inkişafları  üçün  zəruri  olan,  lakin  özləri  istehsal  edə 

bilmədikləriəmtəə,  xidmət  və  resursları  xaricdən  idxal  edir,  bununla  da 

öz ehtiyaclarını ödəyirlər.  

•  Daxili  tələbdən  daha  artıq  istehsala  nail  olunması.  Xarici  ticarətin 

olmadığı  bir  iqtisadiyyatda  daxili  tələbin  az  olması  səbəbindən  ölkə 

resurslarından  tam  istifadə  edilməyə  bilər.  Xarici  ticarət  isə  bu 

resurslardan daha səmərəli istifadə etməyə imkan verir. Eyni zamanda, bu 

zaman  iri  bazar  həcminə  çıxış  kütləvi  istehsalın  təşkilinə,  yeni 

texnologiyalardan istifadəyə şərait yaradır. Digər tərəfdən daxili bazarın 

həcmi genişlənir və daxili bazarın dünya bazrı ilə əlaqələri formalaşır. 

•  Rəqabət.  Xarici  ticarət  yerli  istehsalçıları  xarici  istehsalçılarla  üz-üzə 

qoyur  və  onlar  arasında  rəqabətə  yol  açır.  Bu  da  daxili  istehsalın 

səmərəliliyini  artırır,  texnologiyanı  inkişaf  etdirir  və  daha  bacarıqlı 

sahibkarların  ortaya  çıxmasına  şərait  yaradır.  Rəqabət  olmayan  halda 

məhsuldarlıq azalır və artıq resurs xərclərinə yol verilir.  

•  Daxili  bazar  tələbinin  inkişafı.  Idxal  edilən  əmtəələr  getdikcə  ölkə 

daxilində həmin əmtəə üzrə bazarı genişləndirir və bununla da, əmtəənin 

ölkə  daxilində  istehsalının  təşkili  üçün  müsbət  zəmin  yaranır,  yeni  iş 

yerləri yaranır. 

•  Gəlir əldə edilməsi. Beynəlxalq ticarətdə iştirak istehsal xərclərinin milli 

və beynəlxalq səviyyələrində olan fərq hesabına əlavə gəlir əldə etməyə 

imkan verir. 

•  İqtisadi  dinamizm.  Xarici  ticarət  nəticəsində  ölkələr  bir-birləri  ilə 

ə

laqədə  olur,  müxtəlif  ölkələrdəki  istehlakçılar  digərlərinin  davranışları, 



ehtiyacları,  yaşayışları  haqqında  xəbərdar  olur,  beləliklə  də,  yeni 

ehtiyaclar meydana gəlir, daha yaxşı keyfiyyətli əmtəə və xidmətlər tələb 

edilir  və  iqtisadi  strukturlarda  dəyişikliklər  baş  verir.  Bütün  bunlar  ölkə 



 

26

iqtisadiyyatına  müsbət  dinamizm  verir,  resursların  daha  yaxşı  istifadə 



edilməsinə və istehlakçı rifahının artmasına gətirib çıxarır. 

Bütün  bu  göstərilənlər  BİM  sistemində  xarici  ticarət  əlaqələrini 

şə

rtləndirən amillərdir. 



 

 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin