Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/40
tarix31.12.2021
ölçüsü0,56 Mb.
#112452
1   2   3   4   5   6   7   8   9   ...   40
taqiyeva mehin

Nəticə və təkliflər ............................................................................................ 84 

İ

stifadə edilmiş ədəbiyyat siyahısı  .................................................................88 



Rezume  ..................................................................................................... 90-91 

 



 

3

GİRİŞ 



Mövzunun  aktuallığı.  Müasir  dövrdə  dünyada  geniş  vüsət  alan 

qloballaşma  prosesi,  beynəlxalq  əmək  bölgüsünün  dərinləşməsi,  təsərrüfat 

həyatının  beynəlmiləlləşməsi  milli  iqtisadiyyatların  dünya  təsərrüfat 

münasibətlərinə daha sıx qoşulmasına səbəb olur və ölkələr arasında qarşılıqlı 

ə

laqə  və  asılılıqları  daha  da  gücləndirir.  Belə  bir  şəraitdə  beynəlxalq  iqtisadi 



münasibətlərin  əsas  və  ən  qədim  forması  kimi  beynəlxalq  ticarət  milli 

iqtisadiyyatların  inkişafında  və  dünya  təsərrüfatı  sisteminə  səmərəli 

inteqrasiyasında mühüm rol oynayır. 

Dünya təsərrüfat sisteminə səmərəli inteqrasiya istiqaməində Azərbaycan 

bir tərəfdən iqtisadiyyatın səmərəli strukturunu formalaşdırmaq, daha mütərəqqi 

texnika  və  texnologiyaları,  elmi  yenilikləri  əldə  etmək,  digər  tərəfdən  də 

beynəlxalq  əmək  bölgüsündə  malik  olduğu  üstünlükləri  reallaşdırmaq 

məqsədlərinə  nail  olmalıdır.  Məhz  bu  səbəbdən  xarici  ticarət  əlaqələrinin 

inkişaf  etdirilməsi  və  dünya  təsərrüfat  sisteminə səmərəli  inteqrasiyanın təmin 

olunması  Azərbaycan  Respublikasında  həyata  keçirilən  iqtisadi  islahatların 

strateji istiqamətlərindən biri olaraq müəyyən edilmişdir. 

Xarici  ticarətdə  rəqabətqabiliyyətli  olmaq  və  ticarətdən  daha  çox  fayda 

ə

ldə  etmək  üçün  Azərbaycan  öz  iqtisadiyyatını  beynəlxalq  əmək  bölgüsünün 



tələblərinə  uyğun  olaraq  diversifikasiya  etməli  və  struktur  dəyişiklikləri 

aparmalıdır.  Həmin  dəyişikliklər  elmi  baxımdan  əsaslandırılmış  tədqiqat  və 

təhlillərin  nəticələrinə  söykənməlidir.  Başqa  sözlə,  iqtisadiyyatın  dünya 

bazarlarında  rəqabətqabiliyyətli  olan,  həmçinin  iş  yerlərin  və  gəlirlərin 

yaradılması,  ixracın  stimullaşdırılması,  xarici  investisiyaların  cəlb  edilməsi 

sahəsində  potensial  müqayisəli  üstünlüyə  malik  olan  qeyri-neft  sektorlarının 

məhsullarının müəyyən edilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Hazırki 

şə

raitdə  dünya  bazarlarında  rəqabətin  daha  da  güclənməsi  səbəbindən  hansı 



Azərbaycan  məhsullarının  müqayisəli  üstünlüyə  malik  olması  məsələsinin 

aktuallığı və əhəmiyyəti artmaqdadır. 




 

4

Bazar  iqtisadiyyatı  şəraitində  Azərbaycanın  xarici  ticarət  siyasətinin 



beynəlxalq hüquq normalarına uyğun və dünya təcrübəsinə əsaslanan, həmçinin 

milli  iqtisadiyyatın  inkişaf  xüsusiyyətləri  və  perspektivlərinin  də  nəzərə 

alınması  ilə  formalaşdırılması  qarşıda  duran  əsas  vəzifələrdəndir.  Bu  cür 

mühüm,  mürəkkəb  və  çoxcəhətli  məsələlərin  həlli  xarici  ticarət  əlaqələrinin 

kompleks tədqiqini, onun əmtəə və coğrafi strukturunun, inkişaf problemlərinin 

öyrənilməsini və gələcək perspektivlərinin müəyyən edilməsini, eləcə də xarici 

ticarət  əlaqələrinin  tənzimlənməsinin  təkmilləşdirilməsi  istiqamətlərinin 

araşdırılmasını tələb edir və bu tədqiqatlar böyük aktuallıq kəsb edir. 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin