Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə33/40
tarix31.12.2021
ölçüsü0,56 Mb.
#112452
1   ...   29   30   31   32   33   34   35   36   ...   40
taqiyeva mehin

kinci  üsul  -  ÜTT  üzv  ölkəsinin  bu  və  ya  digər  xidməti  istehlak  etmək 

məqsədilə xidmətin göstərildiyi digər ÜTT üzv ölkəsinə getməsidir. 



        

Üçüncü  üsul  - ÜTT-nin üzvü olan hər hansı bir ölkənin hüquqi və fiziki 

şə

xsinin  xidmət  göstərmək  məqsədilə  ÜTT-nin  digər  üzv  ölkəsinin  ərazisində 



“kommersiya iştirakı”dır. 

        Dördüncü  üsul - ÜTT-nin üzvü olan ölkənin vətəndaşı olan fiziki şəxsin 

ÜTT-nin  digər  üzv  ölkəsinin  ərazisinə  daxil  olmaqla  orada  xidmət 

göstərməsidir. Bu üsul həm də “fiziki şəxslərin hərəkəti” adlanır. 

        ÜTT-yə  üzv  olan  ölkələr  bütün  xidmət  sahələrində  Ən  Əlverişli  Rejimin 

təmin  edilməsinə  zəmanət  verirlər  və  müvafiq  öhdəliklər  götürürlər.  Bu  o 

deməkdir ki, ÜTT-nin bütün üzvlərinə eyni ticarət rejimi tətbiq edilməli və heç 

bir  ölkənin  diskriminasiyasına  yol  verilməməlidir.  Azərbaycanın  ÜTT-yə  üzv 

olması  prosesində  xidmətlər  üzrə  əsas  taktiki  vəzifə  ənənəvi,  eləcə  də  yeni 

yaranmış  və  hələ  də  kifayət  qədər  inkişaf  etməmiş  vacib  xidmət  sahələrinin 

liberallaşdırılması  ilə  bağlı  öhdəliklərin  həmin  xidmət  sahələrinin  mövcud 

inkişaf səviyyəsi ilə əlaqələndirilməsinə nail olmaqdır. 

        Azərbaycanın xidmətlərə dair öz üzərinə götürəcəyi öhdəliklərlə bağlı ilkin 

təkliflərin hazırlanması prosesində qarşıya iki əsas məqsəd qoyulmuşdu: 

Birinci məqsəd-milli xidmətlər bazarında normal rəqabət mühitinin yaradılması 

və xidmətlər sahəsinə xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şəraitin 

yaradılmasından ibarətdir.  

İ

kinci  məqsəd-xarici  rəqiblərlə  müqayisədə  hələ  şox  zəif  olan,  onlarla 



rəqabət aparmağa hələ hazır olmayan və eyni zamanda ölkənin gələcək inkişafı 


 

66

baxımından vacib əhəmiyyət kəsb edən xidmət sahələrinin zəruri müdafiəsinin 



təmin edilməsi ilə bağlıdır. 

        ÜTT  üzvləri  Azərbaycanın  milli  xidmətlər  bazarında  bir  sira  konkret 

xidmət  sahələrinə,  o  cümlədən  bank  və  sığorta,  telekommunikasiya  və 

paylaşdırıcı  xidmətlərə  xüsusi  maraq  göstərirlər.  Bank  xidmətləri  sahəsində 

mövcud  olan  milli  rejim  bu  gün  xarici  bankların  və  onların  filiallarının 

Azərbaycanda  bank  xidmətləri  göstərməsi  üçün  zəruri  şəraiti  təmin  edir. 

Azərbaycanın  sığorta  xidmətləri  sahəsində  öz  üzərinə  götürmək  istədiyi 

öhdəliklər  milli  xidmətlər  bazarının  daha  da  liberallaşdırılmasına 

yönəldilmişdir. Lakin buna baxmayaraq bu gün xaricilərin Azərbaycanın milli 

sığorta  bazarında  fəaliyyəti  ilə  bağlı  mövcud  olan  bütün  məhdudiyyətlərin 

aradan qaldırılması qəbul edilməzdir. 

        Aktual  olan  əsas  məsələlərdən  biri  də  qanunvericiliyin  təkmilləşdirməsi 

planıdır.  Burada  Azərbaycan  üçün  əsas  məsələ  milli  qanunvericiliyin  planda 

(AR  Prezidentinin 2 avqust 2006-cı il  Sərəncamı  ilə  təsdiq olunmuş  Tədbirlər 

Planı)  götürülmüş  öhdəliklər  üzrə  ÜTT  qaydalarına  uyğunlaşdırılmasıdır. 

Azərbaycan tərəfi artıq bu öhdəlikləri əks edən sənədi ÜTT Katibliyinə təqdim 

etmişdir.  Hazırda  çoxtərəfli  danışıqlarda  üzv  ölkələrin  narahatlığı 

qanunvericiliyin  təkmilləşdirilməsi  istiqamətində  görülən  işlərdə  ləngimə  ilə 

bağlıdır.  Üzv  ölkələr  Azərbaycandan  yeni  qanunvericilik  aktlarının  qəbulu 

prosesinin sürətləndirilməsini istəyirlər. 

        Beynəlxalq  aləmdə  Azərbaycanın  mövqeyinin  möhkəmləndirilməsi  və 

imicinin  yüksəldilməsi,  Azərbaycan  mənşəli  malların  və  xidmətlərin  dünya 

bazarına maneəsiz çıxarılmasının təmin olunması, ölkəmizin ixrac potensialının 

gücləndirilməsi  və  ümumiyyətlə  ixracın  strukturunun  təkmilləşdirilməsi, 

beynəlxalq  ticarətdə  ölkəmizin  mənafelərinin  qorunması,  xarici  tərəf 

müqabilləri  ilə  eyni  şərtlərlə  ticarət  əlaqələrinin  qurulması,  milli  istehsalın 

inkişaf etdirilməsi üçün əlavə stimulların yaradılması, sağlam rəqabət şəraitində 

ölkədə  istehsal  olunan  məhsulların  keyfiyyətinin  artırılması  baxımından 

Azərbaycanın ÜTT-yə qəbul olunması mühüm əhəmiyyət kəsb edir. 



 

67

        İqtisadi  həyatın  beynəlmiləlləşməsi,  Azərbaycanın  ağır  şərtlər  altında 



gedən  müasir  dünya  ilə  inteqrasiyasının  bütün  istiqamətləri  yeni  imkanlar 

yaratmaqla  yanaşı,  yeni  problemlər,  bəzən  də  təhlükələr  yaratmaqdadır.  Bu 

imkanlardan  səmərəli  istifadə  edilməsi,  mövcud  problem  və  təhlükələrin 

vaxtında aşkara çıxarılıb öyrənilməsi bu gün Azərbaycan üçün həyati əhəmiyyət 

kəsb edən məsələlərdəndir. 

  


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin