3.3 Azərbaycanın XTƏ-nin tənzimlənməsinə regional iqtisadi
inteqrasiyanın təsiri.
Azərbaycanın
xarici
iqtisadi
strategiyasının
ə
sas
prioritet
istiqamətlərindən biri onun müasir dünya təsərrüfat proseslərinə aktiv şəkildə
qoşulması, qlobal geoiqtisadi məkanda baş verən yeni meyllərə adekvat şəkildə
reaksiya verməkdən ibarətdir.
Azərbaycanın regional inteqrasiya birliklərində iştirakı barədə ümumi məlumatı
Şə
kil 3.2-də görmək olar.
Şə
kil 3.2.
Azərbaycan regional inteqrasiya birlikləri sistemində
Azərbaycan
Müstəqil
Dövlətlər
Birliyi,
1993
Qara Dəniz
İ
qtisadi
Ə
məkdaşlıq
Təşkilatı,
1993
İ
qtisadi
Ə
məkdaşlıq
Təşkilatı,
1992
Avropa Birliyi
(əməkdaşlıq və
partnyoqrluq
səviyyəsində),
1993
GUAM
(Gürcüstan,
Ukrayna,
Azərbaycan,
Moldova), 1993
68
Bütün ölkələrdə inteqrasiyanın inkişafının nəticəsi kimi inteqrasiya
birlikləri çərçivəsində beynəlxalq ticarətin artımı çıxış edir.
90-cı illərin əvvəllərində əsasən siyasi xarakter daşıyan və keçmiş SSRİ
ölkələri arasında dövlətlərarası münasibətlərin qurulması məqsədini daşıyan
Müstəqil Dövlətlər Birliyi hazırda daha çox üzv ölkələr arasında iqtisadi
inteqrasiyanın konkret çərçivələrinin müəyyənləşdirilməsinə yönəlmişdir.
Azərbaycan Respublikası bir sıra MDB ölkələri ilə azad ticarət rejimini
yaratmış, sərbəst sərmayə üçün hüquqi baza tərtib olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən verilən
məlumata əsasən 2013-cu ildə Azərbaycan Respublikasının MDB dövlətləri ilə
ümumi ticarət dövriyyəsinin həcmi 4062,88 mln. ABŞ dolları o cümlədən
idxalın həcmi 2553,24 mln. ABŞ dolları ixracın həcmi 1509,64 mln. ABŞ
dolları təşkil etmişdir.
Cədvəl 3.3.-də isə ayrı-ayrılıqda xarici ticarət dövriyyəsində MDB
dövlətlərinin 2012-cu il ilə 2013-cu ilin müqayisəli təhlilini nəzərdən keçirə
bilərik.
Cədvəl 3.3.
Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsində MDB dövlətlərinin payı (mln. ABŞ dolları)
Dövriyyə
İ
dxal
İ
xrac
Saldo
2012
2013
2012
2013
2012
2013
2012
2013
Belarus
79719.4 102031.40 68028.3 87334.80 11691.1 14696.60 -56337.2 -72638.20
Qazaxıstan 393427.4 370997.6 340557.1 306763.3 52870.3 64234.30 -287686.8 -242529.00
Qırğızıstan
28917.6
14528.00 24436.2
1767.1
26676.9
12760.9
24436.2 10993.8
Moldova
9037.6
4205.7
8785.9
4015.5
251.7
190.2
-8534.2
3825.3
Özbəkistan
9550.8
21447.9
8027.4
10769.4
11523.4
10678.5
3496
-90.9
Rusiya
2338254.6 2583022.80 1378416. 1505178.40 959838.1 1077844.40 -418578.4 -427334.00
Tacikistan
44149.7
13805.9
159.6
42.9
43990.1
13763.0
4230.5
13720.1
Türkmənistan 91629.8
88152.4 32714.2 48300.3
58915.6
39852.1
26201.4
-8448.2
Ukrayna
625318.1 864689.2 539089.7 589071.3 86228.4 275617.9 -452861.3 -313453.40
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
69
MDB çərçivəsində bir sıra mühüm sənədlər tərtib olunmuşdur, o cümlədən:
• MDB-nin 2020-ci ilə qədər dövr üçün iqtisadi inkişaf strategiyası;
• MDB-nin 2020-ci ilə qədər dövr üçün iqtisadi inkişaf strategiyasının
birinci mərhələsinin (2009-2011-ci illər) həyata keçirilməsi üzrə
Tədbirlər Planı;
• 2003-2010-cu illərdə iqtisadi sahədə MDB üzv dövlətləri arasında
ə
məkdaşlığın səmərəliliyinin artırılması və inkişafına yönəlmiş
tədbirlərin İcra Planı;
• MDB-yə üzv dövlətlər arasında ticarət-iqtisadi əlaqələri, sosial-iqtisadi
vəziyyəti əks etdirən, eyni zamanda inkişaf perspektivləri haqqında illik
məcmuələr;
• MDB-yə üzv ölkələrdə MDB-nin 20 illiyinə həsr edilmiş tədbirlərin
keçirilməsi nəzərdə tutulur.
Hal-hazırda, MDB çərçivəsində azad ticarət zonası haqqında saziş
layihəsinin razılaşdırılmasına dair danışıqlar aparılmaqdadır.
Qeyd olunan sənədlərə uyğun olaraq, Azərbaycanda müxtəlif tədbirlər
həyata keçirilir, zəruri məlumatlar tərtib olunur. 20 noyabr 2009-cu il tarixində
“Müstəqil Dövlətlər Birliyində malın mənşə ölkəsinin müəyyən edilməsi
Qaydaları haqqında Saziş” imzalanmışdır.
Azərbaycanın üzv olduğu inteqrasiya birliklərindən biri də Avropa
İ
ttifaqıdır. Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli münasibətlərin
hüquqi əsasını 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış “Bir
tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan
Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” (TƏS) təşkil edir.
TƏS Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın bütün
mümkün, xüsusilə də siyasi və ticarət sahələrini əhatə edir. TƏS Azərbaycan və
Avropa İttifaqı arasında hərbi sahəni əhatə etməyən bütün növ əməkdaşlıq
formalarının çərçivələrini təmin edir. Sazişin əsas məqsədlərindən biri də
70
Azərbaycan qanunvericiliyinin Avropa hüquq sisteminə uyğunlaşdırılmasından
ibarətdir.
TƏS-in 2009-cu ildə müddətinin bitməsini nəzərə alaraq 2010-cu ilin 16
iyul tarixində Avropa İttifaqı və Azərbaycan Respublikası arasında yeni
Assosiasiya Sazişinin imzalanması üzrə danışıqlar başlamışdır. Bunun üçün 4
işçi qrup yaradılmış, bunlardan ikisində Xarici İşlər Naziriliyi, digər ikisində isə
İ
qtisadi İnkişaf Nazirliyi əlaqələndirici kimi çıxış edir.
1992-2006-cı illər arasında Avropa İttifaqının TACİS Proqramı,
Fövqəladə Yardım Proqramı, ECHO Humanitar təşkilatı, FEOGA Ərzaq
Yardımı Proqramı, Ərzaq Təhlükəsizliyi Proqramı, Bərpa Proqramı, Fövqəladə
Humanitar Yardım Proqramı çərçivəsində Azərbaycanda müxtəlif layihələr
həyata keçirilmişdir.
Azərbaycanın Avropa Qonşuluq Siyasəti ilə bağlı fəaliyyəti davam
etdirilir. Belə ki, 2007-2010-cu illərdə Avropa Qonşuluq Proqramı (AQP)
çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında Fəaliyyət Planı (2006-cı
ildə imzalanmış) həyata keçirilməkdədir.
Avropa İttifaqı tərəfindən yeni “Şərq Tərəfdaşlığı” təşəbbüsü irəli
sürülmüşdür. Bu təşəbbüsə əsasən, Avropa İttifaqı 2013-cü ilə kimi 6 ölkəyə
(Azərbaycan, Belarus, Moldova, Ukrayna, Gürcüstan və Ermənistan) 600
milyon avro məbləğində yardım göstərməyi planlaşdırır. Bu məbləğdən 250
milyon avro artıq təsdiq edilmiş proqramların yenidən tərtib olunması, 350
milyon avronun isə əlavə fondlardan ayrılması gözlənilir.
“Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində 3 əsas məqsəd var:
• Hərtərəfli İnstitusional Quruculuq proqramları;
• Tərəfdaş ölkələr arasındakı iqtisadi qeyri-bərabərliyin və ölkələr
daxilində sosial qeyri-bərabərliyin aradan qaldırılması üçün Pilot
Regional İnkişaf Proqramları;
• Şərq Tərəfdaşlığı Çoxtərəfli Ölçüsü yerinə yetirilməsi.
71
Hazırda Hərtərəfli İnstitusional Quruculuq proqramlarının həyata
keçirilməsi mexanizmlərinin və ölkə üzrə əlaqələndiricinin müəyyən edilməsi
üzrə işlər aparılır.
Həmçinin, Azərbaycan dövlətlərarası (regional) proqramlarda iştirak edir
– bunlar İNOQEYT və TRASEKA proqramlarıdır.
İ
NOQEYT - Avropa Komissiyası tərəfindən neft və qaz tədarükünün
idarə edilməsinə yardım göstərən Aİ-nin texniki yardım proqramıdır. Proqramın
məqsədi regional neft və qaz boru kəmərləri sistemlərinin, infrastrukturunun
bərpa edilməsi, müasirləşdirilməsi üzrə səylərə dəstək göstərilməsindən
ibarətdir.
Dostları ilə paylaş: |