III FƏSİL Azərbaycanın XTƏ-nin tənzimlənməsi vəzifələri və
milli ticarət rejiminin təkmilləşdirilməsi istiqamətləri.
3.1 XTƏ-nin təkmilləşdirilməsində dünya bazarının təsirinin
qiymətləndirilməsi.
Dünya ölkələri bir-birilə sıx xarici iqtisadi əlaqələr yaradırlar. Bunsuz
dünya ölkələrinin iqtisadiyyatı inkişaf edə bilməz. Dünya ölkələri arasında
xarici iqtisadi əlaqələr əsasən ticarət, kapital ixrac etmək, kreditlər vermək,
elmi-texniki əməkdaşlıq, kadrlar hazırlanması və s. formasında həyata keçirilir.
Tarixən sənayedə və kənd təsərrüfatında kapitalizmin inkişafı daxili bazarın
ə
mələ gəlməsinə və ticarətin inkişaf etməsinə səbəb olmuşdur. Daxili bazar
kapitalizmin öz inkişafı nəticəsində yaranır. Daxili bazarın genişlənməsi isə
istehsal vasitələri və istehsal şeylərinə olan tələbatın artmasına səbəb olur.
Kapitalizmdə bazar daha çox inkişaf edir. Məhsuldar qüvvələrin sürətlə artması,
qazanc dalınca qaçmaq bazar əlaqələri formasının inkişafına stimul yaradır.
Milli bazarın inkişafı ictimai-iqtisadi zidiyyətlərin güclənməsi ilə nəticələnir.
Belə ki, bir tərəfdən ictimai sərvətin bir qrup sahibkarların əlində
təmərküzləşməsinə, digər tərəfdən isə yoxsul təbəqənin sayının artmasına səbəb
olur. XV-XVIII əsrlərdə məhsuldar qüvvələrin inkişafı artıq xarici ticarət
ə
laqələrinin inkişafının labüdlüyünü meydana çıxartdı. İri maşınlı sənayenin
meydana gəlməsi, daxili bazarın genişlənməsi, əmtəə və xidmətlərin tədavülü
milli bazarlar hüdudundan kənara çıxır, istehsal daha genişlənir, dünya bazarı
formalaşır və bu da xarici ticarət əlaqələrinin inkişafını daha da gücləndirirdi.
XX əsrin sonu XXI əsrin əvvəli BIM-də və bütovlüкdə dünya təsərrüfat
sistemində əhəmiyyətli кeyfiyyət dəyişiкliкlərinin baş verməsi ilə xaraкterizə
olunur. Bu dəyişiкliкlər hər şeydən əvvəl qloballaşma və inteqrasiya
proseslərinin güclənməsi ilə əlaqədardır. Yaranmış yeni iqtisadi şəraitdə milli
iqtisadiyatların, milli təsərrüfat subyeкtlərinin dünya təsərrüfat sisteminə
52
rasional transformasiyası və inteqrasiyası BIM-in prioritet formalarından
istifadə etməкlə beynəlxalq əməк bölgüsü əsasında dünya bazarı vasitəsi ilə baş
verir.
Dostları ilə paylaş: |