Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/40
tarix31.12.2021
ölçüsü0,56 Mb.
#112452
1   ...   5   6   7   8   9   10   11   12   ...   40
taqiyeva mehin

Turqonu,  Viktor  Mirabonu  göstərmək  olar.  Onlar  merkantilistlərdən  fərqli 

olaraq ölkənin sərvətinin əsasını ticarətdə deyil, istehsalda, daha doğrusu kənd 

təsərrüfatı  istehsalında  görürdülər  və  belə  fikirləşirdilər  ki,  dövlət  iqtisadi 

həyatın təbii axarına qarışmamalıdır. 

Xarici  ticarət  əlaqələrinin  xarakteri  və  ölkələrin  kim  ilə,  nə  ilə  və  nəyə 

görə  ticarət  etməsi  problemi  xarici  ticarət  sahəsində  nəzəri  axtarışların  əsas 

məqsədi  olaraq  qalmaqda  davam  etmişdir  və  bu  tarixi  vəzifə  ilk  dəfə  olaraq 

XVIII  əsr  ingilis  klassik  iqtisadi  məktəbinin  üzərinə  düşmüşdü.  Xarici  ticarət 

sahəsində  irəli  sürülmüş  nəzəriyyələrdən  biri  klassik  məktəbin  ən  görkəmli 

nümayəndəsi  Adam  Smitin  “Mütləq  üstünlüklər  nəzəriyyəsi”dir.  O, 

merkantilistlərin əsinə olaraq, ticarətin sərbəst olması ideyasını müdafiə edir və 

hesab  edirdi  ki,  xarici  ticarət  vasitəsilə  ayrı-ayrı  ölkələr  varlandıqca  dünya 

iqtisadiyyatı  da  inkişaf  edir.  A.Smitin  konsepsiyasına  görə,  ölkələr  daha  az 

xərclərlə  istehsal  etdikləri  (yəni  istehsalında  mütləq  üstünlüyə  malik  oduqları) 

ə

mtəələri ixrac edir və digər ölkələr tərəfindən daha az xərclərlə istehsal olunan 



(yəni  istehsalında  mütləq  üstünlüyün  tərəfdaş  ölkələrə  məxsus  olduğu) 

ə

mtəələri idxal edir. 




 

12

  



A.Smitdən  təxminən  40  il  sonra  klassik  məktəbin  digər  görkəmli 

nümayəndəsi  David  Rikardo  mütləq  üstünlüklər  nəzəriyyəsinin  müddəalarını 

inkişaf  etdirərək  müqayisəli  üstünlüklər  nəzəriyyəsini  işləyib  hazırladı.  Bu 

nəzəriyyənin  təməli  o  qədər  güclüdür  ki,  müasir  dövrdə  də  müqayisəli 

üstünlüklərin  beynəlxalq  ticarətin  əsasını  formalaşdırdığı  qəbul  edilir. 

Müqayisəli 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin