Microsoft Word yeni vəSAİT. docx



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə107/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   103   104   105   106   107   108   109   110   ...   131
ADIAK-YENI VƏSAİT

Elektron poçt. Elektron poçt (ing. Electronic Mail və ya E-Mail) — ünvan 
sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən 
elektron poçt, mətn göndərişləridir. E-mail hazırkı dövrdə insanlar arasında ən çox 
yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet 
şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında 
olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu 
rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. İlk elektron poçt da bir çox 
texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin 
sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk 
olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata 
keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-
mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan 
iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir 
addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." 
Abonent@ünvan 
- @ ("ət" 
və 
ya 
"doq") 
işarəsi kompüterə məktubun 
göndərildiyi server ünvanı ilə abonentin adını ayırmağa kömək edir. Burada abonent 
dedikdə həmin serverin məktubu köçürəcəyi şəxsi kataloq nəzərdə tutulur. Bu 
kataloq serverdə istifadəçinin ora daxil olana və ya saxlama müddəti qurtarana qədər 
qalır. Abonentin adını istifadəçi özü seçir. Sonra o poçt ünvanının qeydiyyatını 
keçirir və proqram təminatını nizamlayır. Bütün bu əməliyyatlardan sonra elektron 
ünvanla işləmək olar. Müasir dövrdə ən geniş yayılmış poçt hostinq serverləri 
kimi Gmail.com, Yahoo!, Hotmail tanınır.
MDB 
məkanında 
isə Yandex, Mail.ru, Rambler kimi poçt servisləri məşhurdur. gov – hökumət 
qurumlarına aid veb və ya elektron poçt ünvanlarını göstərən suffiks (government – 
hökumət). 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin