Dil mediası. Reklam mətnləri - xüsusi növ işgüzar mətnlərdir. "Qışqırmaq”,
"çağırmaq” anlamında olan "reklam” sözü müxtəlif işgüzar, biznes xidmətləri, alış-
veriş işləri ilə bağlı informasiyaları ötürür. Müasir insan hər gün müxtəlif hadisələr
mühitindədir, həmin mühit reklamlarla əhatə olunmuşdur. Reklam hər yerdədir –
ona televizorda, radioda, qəzetlərdə, küçələrdə və s. yerlərdə rast gəlinir. Afişalarda,
albomlarda, plakatlarda, bukletlərdə, etiketlərdə, reklam vərəqələrində və s.
Reklam janrının palitrası hiss olunandır. Gözləri qamaşdırır. Rəngləri ilə, boyaları
ilə. Məsələn, "Zamandan güclü” (maşın reklamında), "Yaxın ünvanlara!” (hər hansı qida məhsulunun çatdırılaması), "Yeni ünvanlara!” (yeni tikilən binaların reklamında), "24 saat xidmətinizdə” (mağaza və apteklərdə) və s. Reklamların
dilini
iki
xüsusiyyətinə
görə
öyrənmək
lazımdır:
informasiyavericiliyinə görə; inandırdığına, sübut etdiyinə görə.
Bu xüsusiyyətlərinə görə, reklam dili cəmiyyətdə kommunikativ funksiyanı yerinə
yetirir. Qısalıq və lakoniklik reklam üçün mühüm xüsusiyyətlərdəndir. Dil oyunu və
kommunikativ məkan reklam dilinin əlverişli təyinidir. Reklam mətnləri müəyyən
funksiyanı yerinə yetirməyə meyildir, həvəsdir, tələbdir, çağırışdır. Reklam
mətnlərindən əsas məqsəd tələb olunan xidmətlərin yayılmasıdır; müxtəlif əşyalar,
mallar, xidmətlər, brendlər, kompaniyalar və s. Reklam mətnlərindən məqsəd:
diqqəti cəlb etmək, informasiya vermək, təsir etmək, materialı inamla təsdiq etmək,
möhkəmləndirmək və s. Reklam mətnlərinin əsas kommunikativ məqsədi reklam
məhsullarının, xidmətlərinin seçilməsidir. Bu mətnlərdə verbal (sözlü) və qeyri-
verbal (sözsüz) komponentlərdən istifadə olunmasıdır.
Reklam dilinin əsas xüsusiyyətləri görüntü, aforizm (şüarların əsası),
parlaqlıq, cəlbedicilik, konkretlik, xüsusən mətnin sintaktik parçalanmasında özünü
AzTU “Humanitar fənlər” kafedrası Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 168
büruzə verir. Məzəli başlıq, populyar ifadələr, məsəllər, atalar sözləri, birbaşa sitatlar
və ya sadəcə sitat gətirilmiş mətn, sintaktik paralellik, dil sistemində olmayan yeni
sözlər, canlı üzün xüsusiyyətlərini və funksiyalarını cansız bir obyektə köçürmək və
s. reklamda istifadə olunan bəzi dil vasitələridir.