Microsoft Word yeni vəSAİT. docx



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə117/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   113   114   115   116   117   118   119   120   ...   131
ADIAK-YENI VƏSAİT

2. Ətraflı araşdırma aparın. 
Mövzunuzu seçdiniz. İndi isə əvvəlcə açırsınız axtarış sistemlərini və başlayırsınız 
internet aləmini ələk-vələk etməyə. Mövzunuza dair kitabların, məqalələrin 
siyahısını çıxarın və mütləq və mütləq kitabxanalardan istifadə edin. 
Araşdırmalarınız sizin işinizin sistemini müəyyən etməyə kömək edəcək. 
Ədəbiyyatları araşdırarkən, dil imkanlarından maksimum istifadə edin və qeyd edim 
ki, yazacağınız mövzuda olduqca zəngin ingilis dilli kitablar mütləq tapacaqsınız.
3. Məzmunu formalaşdırın. 
Bu mərhələdə işinizin gedişatını təxminən planlaya bilərsiniz. Vaxt bölgüsünə 
diqqət etsəniz, işinizə “1-0” öndə başlayarsınız. Mövzunuzun problemli tərəflərini, 
qarşılaşacağınız çətinlikləri düşünüb qeyd etməyə çalışın və bu sahədə təcrübəli 
şəxslərdən tövsiyə almaqdan çəkinməyin.
4. Köçürməyin, öz fikrinizi təqdim edin. 
Akademik yazının istənilən növündə plagiatizm xoşagəlməz haldır və sizin üçün heç 
də xoşunuza gəlməyəcək nəticələr doğura bilər. Bundan yayınmağın yolu 
ədəbiyyatlardan istifadə zamanı, oxuduğunuz mətni öz sözlərinizlə qısaca müəllifin 
fikri olaraq qeyd etməkdir
5. Struktur və ideyaların ardıcıllığına diqqət edin. 
Yazınız hər nə qədər gözəl olsa da, “bir dediyiniz digərini tutmasa” heyif yazınızdan. 
Ardıcıllıq və səmimilik akademik yazının başlıca estetik qaydalarıdır. Yazınızın ilk 
cümləsindən son cümləsinə qədər maksimum səmimi olun və arqumentlərinizin bir-
birini izləməsinə xüsusi diqqət yetirin. Oxucunu elmi mübahisələrin dərinliyinə 
birbaşa çəkmək yerinə, qısa tarixcə, maraqlı fakt və yeri gələndə cüzi frazeoloji 
birləşmələrdən istifadə edərək cəlbedici girişə nail ola bilərsiniz. Elmi mübahisələrə 
yer verdiyiniz zaman da ideyaların bir-biri ilə uyğunluğu əsas qaydanız olsun.
6. Arqument və əks-arqumentlərini qurun. 
Akademik yazının ürəyi, mən deyərdim ki, əks-arqumentlərdir. Bir mövzuda 
araşdırma edərkən, öncədən formalaşmış bir mövqeyiniz varsa, əks mövqelərə göz 
yummayın. Ümumiyyətlə, həyatınızda da hər zaman əks fikirlərə, tənqidlərə açıq 
olmağınızı tövsiyə edərdim. Bu sizi məsələlərə çoxtərəfli yanaşmağa və sahələrarası 
düşünmə bacarıqlarınızı formalaşdırmağa kömək edəcək. Qərəzli yanaşma hər 
zaman əskik yanaşmadır. Dəstəklədiyiniz mövqeyi yazınızda bildirib 
əsaslandırdıqdan sonra, əks mövqedə olan fikirləri yeni abzasda qeyd etməyiniz və 
mübahisələndirməyiniz sizin mövqeyi daha da möhkəmləndirəcək. Akademik 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
173 
yazını güclü edən də elə budur. Uyuşmayan fikirlər toplamaq, toqquşan məqamları 
araşdırmaq və əks-arqumentlər formalaşdıraraq, mövqeyinizi isbat etməyə çalışmaq. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin