Microsoft Word yeni vəSAİT. docx



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə118/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   114   115   116   117   118   119   120   121   ...   131
ADIAK-YENI VƏSAİT

7. Soruşmaqdan çəkinməyin. 
Təəssüf ki, akademik yazıya başlayarkən, bu sahədə təcrübəli şəxslərdən
professorlardan məsləhət almaqdan, nələrisə soruşub aydınlaşdırmaqdan 
çəkinməyin. Unutmayın ki, həmin professorlar da bir vaxtlar sizin keçdiyiniz bu 
yolları keçiblər və xidmət etdiyiniz ali məqsədiniz elmdir. Elmə verəcəyiniz hər bir 
töhfə sizin sizdən sonra unudulmağınıza imkan verməyəcək. Odur ki, icazə verilən 
hər bir vasitə və imkanlardan maksimum istifadə edin. 
8. Vaxtınızı düzgün bölüşdürün. 
Həyatımızdakı bir çox məsələdə olduğu kimi, vaxtın düzgün bölüşdürülməsi 
akademik yazı üçün də hava və su kimi lazımdır. Burada mütləq tövsiyə etdiyim 
yazınızın bölmələri üçün plan qurmağınız və təqvim üzrə son tarixlər (deadline
formalaşdırmağınızdır. Əlbəttə ki, bunlara əməl etmək də bir o qədər əhəmiyyətlidir. 
9. Yenilikçi və yaradıcı olun. 
Hər bir şeyin özəyində məqsəd dayanır. Məqsədiniz elmi bir iş ortaya qoymaqdırsa, 
yazı stilinizdən başlayaraq hər bir cümləniz buna xidmət etməlidir. Yazdığınız 
akademik yazı elmə yeni bir fikir qatmırsa, töhfə vermirsə, o, yazı stili olaraq 
akademik olsa belə, əhəmiyyətsiz bir yazıdan ibarət olacaq. Ən müxtəlif elmi 
fikirləri bir yerə toplamaq elmə yenilikçi yanaşma sayıla bilməz. Yazınız, 
yanaşmalarınız özünəməxsus olduğu kimi, yazınızın nəticə hissəsində mütləq və 
mütləq akademik işinizdən çıxardığınız nəticələri və əgər varsa, təklif və 
tövsiyələrinizi qeyd edin. Yeni bir fikirlə çıxış etməkdən qətiyyən çəkinməyin, çünki 
ən böyük ixtiralar da məhz bu şəkildə yaradılıb!
Beynəlxalq akademik yazı qaydaları dedikdə isə, bu qaydalara bələd olmaq 
həm də dünya elm sisteminə inteqrasiya olmaq, orada qəbul olunmuş standartları 
mənimsəmək və onun effektlərindən yararlanmaq deməkdir. Bütün dünyada elmi 
işlərin standart bir yazılma forması var. Həmin meyarlara uyğun gəlməyən işlər 
beynəlxalq elmi jurnallar tərəfindən qəbul edilmir.
Tədqiqat aparmaq istəyən hər kəs üçün akademik yazı qaydalarını – 
məqalənin giriş, əsas hissə və nəticə hissələrinin necə yazılmalı olduğunu, girişdə 
müəllifin hansı suallara cavab verməli olduğunu, tədqiqat sualının necə seçilməli 
olduğunu, hansı arqument və istinad növündən istifadə etməyin daha uyğun 
olduğunu və s. bilmək olduqca əhəmiyyətlidir. 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
174 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin