Mövzu: 4.
1. İşgüzar üslubda özünütəsdiq təqdimatı.
2. İşgüzar üslubda özünütəsdiq təqdimatı üzrə nümunələr və kommunikativ
məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər.
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
22
İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi
hansısa sövdənin gerçəkləşməsi, mövcud problemin həlli, yeni əməkdaşlığın
qurulması və s. ola bilər. Ünsiyyətin tərəfləri qismində isə həmkarlar, müdir və
tabeçilikdə olan şəxslər, tərəfdaşlar və s. çıxış edir. Burada tərəflərin hər birinin
statusu müəyyən olunur. Hər şeydən əvvəl, şəxs öz işgüzar sahəsindən olan sanballı
peşəkarların simpatiyasını qazanmalı və həmin insanlarla kontakta girməyi
bacarmalıdır. Yeni başlayan əksər işgüzarların uğuru düzgün tərəfdaş seçimindən
asılı olur. Məşhur bir peşəkar ilə əməkdaşlıq yeni başlayan tərəf üçün arzuolunan
nəticənin əldə edilməsini asanlaşdırır. Başqa sözlə, işgüzar ünsiyyət prosesində biz
könüllü və ya ixtiyari olaraq özümüzü təqdim etməyi həyata keçiririk. İşgüzar
ünsiyyətdə öz şəxsiyyətimizin nümayişi bizə ən yaxşı şəkildə reklam etməyə imkan
verən bir prosesdir. Danışığımız, hərəkətimiz, nitqimiz, davranışımız, insanlara və
ətrafdakılara münasibətimiz bizim reklamımızdır. Uğurlu iş adamı ətrafdakılar
tərəfindən etimad qazanmalıdır. O, iş praktikasında etimada bir qabiliyyəti kimi
xüsusi diqqət yetirməlidir.
İlk təəssüratın aldadıcı olub olmamasına baxmayaraq, iş adamı məhz ilk andan iş
yoldaşını məmnun etmək üçün hər şeyi etməlidir. İşgüzar ünsiyyətdə iştirak edən
tərəfdaş üçün müsbət və nüfuzlu bir imic formalaşdırmaq üçün özünü nitqin köməyi
ilə təqdim etməlidir (effektiv nitq təqdimatı həyata keçirməlidir). O cümlədən, nitqin
köməyi ilə formalaşan imicimiz başqalarına göstərdiyimiz portretimizdir. Bu,
əleyhimizə deyil, bizim üçün çalışmalıdır, ən yaxşı keyfiyyətləri həqiqətdə
göstərməlidir və eyni zamanda sadə və səmimi olmalıdır. Nitqin özünü təqdim
etməsinin nəticəsi iş adamının şifahi təsviridir. Nitqlə bağlı problemlər varsa (hamı
nitqdə düşüncələrini açıq və aydın ifadə edə bilmir), onda “Danışmaq gümüşdür,
susmaq qızıldır” deyimi burada məqsədəuyğundur. Bir sıra hallarda sükut,
həqiqətən, nitqdən üstündür.
Şifahi monoloqda tez-tez istifadə olunan dörd üsul var. Bu üsullardan bəziləri başqa
bir vəziyyətdə dialoqa girmək lazım olduqda tətbiq olunur:
ü
insanlarla danışmaq, nəinki danışmaq;
ü
həmsöhbətlərin şəxsi maraqlarını nəzərə almaq;
ü
həmsöhbətlə danışarkən gülümsəməyə başlamağı unutmamaq;
ü
bəzi sosial tabuları (müəyyən mövzularda əsaslandırılmış və ya arxaik
qadağaları) aradan qaldırmaq.
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
23
Dostları ilə paylaş: |