AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
24
arxayın olduqda, hədəflərini və istədiyini biləndə özünü göstərir o, başqalarında ilk
növbədə yaxşıları axtarır və tapır. O şən, pozitiv olur, başqalarına anlayışla yanaşır,
çox vaxt "yox" dan "bəli" deməyi bacarır. Bütün layihələri və planları üçün kifayət
qədər vaxt ayırır. Həmsöhbətinə diqqətlə qulaq asır, digər insanlardan mümkün
qədər çox şey öyrənməyə çalışır. Mehribanlıq və daxili sakitliyindən qaynaqlanır.
İnamsız insan hər şeyi soruşur, uzun müddət düşünür. "Qapalı" bir insanın tipik
əlamətlərini daşıyır. İnamsız insan qorxu hissi keçirir, qətiyyətsizdir,
öz gücünə
inanmır, pessimistdir, inamsızdır, yalnız qarşı tərəfdən pis şeyləri gözləyir, nadir
hallarda gülür və sevincini göstərmir. O, tez-tez imtina edir, "bəli"dən daha çox
"yox" deyir, daim işin onu stresli vəziyyətə saldığını, praktik olaraq boş vaxtının
olmadığını söyləyir. Özü haqqında çox danışır və çox az dinləyir, tez-tez əsəbi olur,
əsəbi qıcıqlanma ilə hərəkət edir, özünə qarşı məzlum, dostsuz bir atmosfer yayır.
Beləliklə, yalnız özünə güvənən insan başqalarına xoş təsir bağışlaya
bilər və
nəticədə öz müsbət imicini formalaşdırar. Özünə inamı inkişaf etdirmək üçün
aşağıdakı tövsiyələrə əməl olunmalıdır:
ü
özünüzü tənqid etməmək;
ü
şikayət etməmək;
ü
aktiv həyat tərzi keçirmək;
ü
müstəqillik qazanmaq;
ü
dünyaya müsbət baxmaq.
6. İşgüzar ünsiyyətdə görünüş də əhəmiyyətli rol oynayır. Vizual əlaqə
əsasən həmsöhbətin ilkin qiymətləndirməsini təşkil edir. Təbii ki, geyim bir insanın
sosial vəziyyəti, şəxsi xüsusiyyətləri və özünə hörməti haqqında məlumat verə bilir.
Əksər insanlar üçün geyim müəyyən bir həyat tərzinin və dünyagörüşünün bir
əlamətidir. İnsanın geyindiyi paltar, köynək, ayaqqabı çox şey deyə bilir. Geyimin
rəngləri özləri üçün danışır, insanı xarakterizə edir. İnsanın gəzdirdiyi bəzək
əşyaları, taxdığı eynəklər, vurduğu şərflər və s.
bütün bunlar zövqə və şəxsi
keyfiyyətlərə şəhadət verən imicin formalaşmasında iştirak edir. Vacib bir qayda
uyğun geyinməkdir. İnsanlar özlərinə bənzəyənləri sevirlər, buna görə
görünüşünüzü gələcək auditoriyanızın ümumi üslubuna uyğunlaşdırmağınız
vacibdir. Başqalarının tərzinə uyğunlaşmaq özünü qurban vermək demək deyil.
Yaraşıqlı görünüşlə qarşı tərəfi həvəsləndirmək mümkündür. Bütün bunların hamısı
çətinlik və problemləri dəf etdiyinizi və edə biləcəyini göstərir. Görünüşünüzün
peşəkar bacarıqlarınızdan üstün olmasına heç vaxt imkan vermək olmaz. İş
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
25
komandanız ilk növbədə sizi işinizin bilicisi kimi qiymətləndirməlidir. Yəni kişi,
yaxud qadın olmağınızı deyil, peşəkarlığınızı qəbul etməlidir
və sizi əks cinsin
nümayəndəsi kimi qəbul etməməlidir. Bu həm kişilərə, həm də qadınlara aiddir.
Özünüzü bilici kimi göstərmək istəyirsinizsə, təmkinli və ciddi paltarlar daha çox
sizə kömək edəcəkdir. Heç vaxt nə geyinəcəyinizi (xüsusilə vacib bir görüşdən
əvvəl) son axşam həll etməyin. Bunu bir az əvvəl həll edin ki, hər şey əvvəlcədən
hazırlansın, ütülənsin və yoxlanılsın.
İşgüzar ünsiyyətin ənənəvi janrlarında (kütləvi çıxışlar, reportajlar, şərhlər,
məsləhətləşmələr) işgüzar tərəfdaşların ünsiyyət strategiyaları həyata keçirilir ki, bu
da yalnız özünü təqdimetmə bacarığını deyil, həm də tərəflərin fəlsəfəsini, təşkilati
dəyərlərini və korporativini tanıtma bacarığını tələb edir.
İşgüzar ünsiyyətdə nitq və ya ünsiyyət strategiyası nitq vəziyyətinin xüsusiyyətləri,
danışanların fərdi xüsusiyyətləri, sosial qrupun,
ölkənin nitq ənənələrinin
xüsusiyyətləri ilə müəyyən edilir. Strategiyanın seçiciliyi əsasən dialoq
iştirakçılarının hədəf parametrləri ilə əlaqədardır: qarşılıqlı faydalı bir əməliyyat
bağlamaq, münaqişə vəziyyətini həll etmək, sazişin, müqavilənin yerinə
yetirilməsinin detallarını və ya gedişatını müzakirə etmək, vacib təşkilati müzakirə
və s.
İşgüzar danışıqlarda tərəflər hüquqi şəxslərin iqtisadi maraqlarını, təhlükəsizlik
maraqlarını,
üstünlük, prestij maraqlarını təmsil edirlər. Müasir şəraitdə şirkətlər
bazarda lider mövqeyini qorumaq və rəqiblərin onlara mane olmaması üçün çox vaxt
xərc çəkirlər. Birinin maraqlarını qorumaq nöqteyi-nəzərindən danışıqlar digər tərəf
hətta inadkar mövqeyində dayananda da faydalıdır. İstənilən danışıqları daha uğurlu
edən ifadələr var:
Þ
Sizinlə bizim maraqlarımızda ...
Þ
Sizin üçün və bizim üçün bərabər dərəcədə vacibdir.
Þ
Bu problemin həllində maraqlarımız üst-üstə düşür.
Þ
Ümid edirəm ki, sizinlə birlikdə bu münaqişə vəziyyətindən çıxış yolu
tapmaqda maraqlıyıq.
Dostları ilə paylaş: