Microsoft Word yeni vəSAİT. docx



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə35/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   31   32   33   34   35   36   37   38   ...   131
ADIAK-YENI VƏSAİT

AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
52 
Eramızın I yüzilliyində həm Yunanıstanın, həm də Romanın əvvəlki əsrlərdə 
yaşamış natiqlərinin nitq mədəniyyəti ilə bağlı fikirlərini ümumiləşdirib 
yekunlaşdıran Mark Fabi Kvintilian (35-96-cı illər) olmuşdur. Mark Fabi 
Kvintilian natiqlik sənətinin incəliklərini özünün 12 kitabdan ibarət “Natiqin təhsili 
(formalaşması) haqqında” əsərində əks etdirmişdir. Mark Fabi Kvintilian natiqlik 
sənətini 5 hissəyə ayırıb nitq üçün söz və ifadələrin seçilməsini, yadda 
saxlanılmasını və ifadə olunmasını (yüksək, orta və aşağı üslubda) başlıca şərt kimi 
irəli sürürdü. O, nitq mədəniyyətinə gətirdiyi yenilikləri böyük sənətkarlıqla 
özündən neçə əsr əvvəl yaşamış Demosfenin və Siseronun adına çıxaraq yazırdı: 
“Demosfendən heç bir şeyi ixtisar etmək, Siserona isə heç bir şeyi əlavə etmək 
olmur”.
Sonrakı əsrlərdə Fransa, Almaniya, İtaliya, İngiltərə, İspaniya antik mədəniyyətin 
bütün incəliklərini Roma məktəbi vasitəsilə əldə edib yeni dövrlə əlaqələndirməyə 
başladılar. 12- ci əsrdə İngiltərənin Oksford, 13-cü əsrdə Fransanın Sorbon və 
İtaliyanın Boloniya Universitetlərində natiqlik sənətinə aid mühazirələr oxunurdu.
VII əsrdə İslam dininin meydana gəlməsi ərəb mədəniyyətinin inkişafında xüsusi 
mərhələ sayılır. Məhz bu əsrdə ərəb ədəbiyyatı, ərəb musiqisi, ərəb elmi misli 
görünməmiş dərəcədə inkişaf etməyə başladı. Məkkədə doğulmuş Məhəmməd 
Peyğəmbər (570-632) Allahdan gələn vəhyləri (qeybdən gələn nidaları, cümlələri) 
əsl natiq kimi oxuduğu xütbələrdə insanlara çatdırır, onları qan qohumluğu ilə 
deyil, dini inanc əsasında birləşməyə, bir olan Allaha ibadət etməyə, möminliyə 
çağırırdı. İki tayfaya bölünmüş məkkəlilər – tək bir Allaha inanan və ona ibadət 
edən Haşimilər Məhəmməd Peyğəmbərin başçılığı ilə Əbu Süfyanın rəhbərlik 
etdiyi Bəniüməyyəlilərə - bütpərəstlərə qarşı illərlə mübarizə və müharibələr 
aparmışdılar, müharibələrdə çoxlu insan qırğınına yol verilmişdi, çox sərkərdə və 
döyüşçü itirilmişdi. İnsanlar Məhəmməd Peyğəmbərin yetkin- lik yaşında 
nümunəvi əxlaqına, yüksək tərbiyəsinə, çox ağıllı sözlər, fikirlər söyləməsinə, 
bəlağətli nitqlə danışmasına heyran qalırdı. Həzrət Məhəmmədə 40 yaşında (609-
cu ildə) Hərra dağında peyğəmbərlik verilmişdi. Allahdan ona peyğəmbərlik və 
islam dinini yaymaq əmri gəlmişdi. “Bir tək Allah var və mən də onun ən sonuncu 
rəsuluyam” – deyən Həzrət Məhəmməd Peyğəmbər bütün bəşəriyyəti tək 
Allahlığa, İslam dininə, Allahın vacib əməllərindən olan Məkkəyə Həcc ziyarətinə, 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
53 
Ramazan ayında oruc tutmağa, gündə üç (beş) dəfə namaz qılmağa, fitrə-zəkat 
verməyə, kasıblara əl tutmağa, yetimlərə arxa olmağa, haram yeməməyə, yalan 
danışmamağa, düzgün bir müsəlman kimi, insanlarla mehriban olmağa, 
müharibələrə deyil sülhə, Allaha ibadət etməyə çağırırdı.
Məhəmməd Peyğəmbər 616-cı ildə İslam (İtaətetmə) dinini yaradaraq güclü bir 
natiq kimi müsəlmanları (İslam dininə inananları) Allahın kəlamlarına, Qurani-
Kərimin hökmlərinə, şəriət qanunlarına tapınmağa dəvət edirdi.
VII əsrin axırlarında Əl-Fərabinin ərəb poeziyası əsasında tərtib etdiyi ritmik-
melodik modellərlə “Qurani-Kərim” ayələrinin xüsusi avazla oxunması ərəb 
natiqlik sənətinin inkişafına böyük təkan verdi. Xüsusən, İslamın böyük ideoloqu, 
Peyğəmbərin əmisi oğlu və kürəkəni (xanım Fatimeyi-Zəhranın əri) Həzrət İmam 
Əli şəriət haqqında xütbələri ilə özünü mahir bir natiq kimi tanıtmış, 656-661-ci 
illərdə müsəlman dövlətinin başçısı olduğu dövrdə İslam dininə böyük şöhrət 
gətirmişdi. Onun nəsihət və kəlamları indi də bütün dünyada məşhur olan “Nəhcül-
Bəlağə” adlı kitabda toplanmışdır.
Azərbaycanda natiqlik sənətinin formalaşması haqqında məlumatlara XI-XIII 
əsrlərdə yazılmış məxəzlərdə rast gəlirik. Görkəmli söz ustaları – sənətkarlar, 
vəzirlər Azərbaycan-türk dilində olmasa da, fars, ərəb dillərində söz, kəlam, dil 
haqqında, təlim-tərbiyə haqqında ibrətamiz fikirlər söyləmiş, insanların 
ünsiyyətinə, danışığına, nitqinə, natiqliyə xüsusi yer ayırmış, fəzilət sahiblərinin 
məntiqi çıxışlarını nümunə kimi təqdim etmişlər. Belə sənətkarların cərgəsində İbn 
Sina (X əsr), Nizamül-Mülk (1017-1092) və Xacə Nəsirəddin Tusinin (1201-1274) 
xüsusi yeri vardır.
Nizamül-Mülk səlcuq sarayında əvvəlcə Alp-Arslanın, sonra Məlik şahin vəziri 
olmuş, “Siyasətnamə” əsərində söz- kəlam-dil haqqında öz fikir və nəsihətlərini 
toplamışdır. Loğman adı ilə Şərqdə məşhur olan İbn Sina yazırdı: “Hər iki dünyada 
xoşbəxt olmaq istəyirsənsə, özünü anla. Oxuyub öyrənməyə çalış ki, bilən ilə 
bilməyən bir deyildir. Tənbəl olma ki, bu, bədbəxtlik əlamətidir. Dosta gülər üz 
göstər və yaxşılıq et. Danışıq arasında kimsəni utandırma. Yaxşı sözləri, mənfəətli 
danışıqları eşitməyə rəğbət et. Gözəl kitablar və məcmuələr oxumağa adət et. 
Əvvəl fikirləş, sonra danış. Yoxsullara kömək et. Sözündə, işində, gedişində doğru 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin