qeyri-verbal növləri xüsusilə diqqəti cəlb edir.
Kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər Tapşırıq: Suallara cavab verin. 1. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin
məqsədi nədir?
2. Kommunikasiya haqqında nə bilirsiniz?
3. Ünsiyyətin mühüm tərəfləri hansılardır?
4. Məzmunundan asılı olaraq ünsiyyətin hansı növlərini göstərə bilərsiniz?
5. İşgüzar fəaliyyətlə bağlı ünsiyyət deyəndə nə başa düşürsünüz?
Tapşırıq: Azərbaycan Texniki Universitetini saytından istifadə edərək
(aztu.edu.az) təqdimat hazırlayın.
MÖVZU: “Azərbaycan Texniki Universitetini “ Tapşırıq: Statistik məlumatlardan istifadə qaydalarına diqqət ediərək təhsil
aldığınız fakültə və ixtisas haqqında məlumat hazırlayın. 1. Statistik məlumatları peşəkarlıq və mənbəyin bitərəfliyi baxımından yoxlamaq zəruridir. 2. Mütləq mənbə göstərilməlidir. 3. Statistik faktları formalaşdırarkən qeyri-müəyyən ifadələrdən çəkinmək lazımdır. 4. Yalnız bir meyarla ölçülə bilən amilləri statistik baxımdan müqayisə etmək mümkündür. 5. Yalnız məlumatların toplumu ilə təsdiq edilənləri təsdiqləmək mümkündür. Tapşırıq: Ünsiyyətin verbal və qeyri-verbalnövlərindən istifadə edərək “ Vətən müharibəsi” mövzusunda diskusiya aparın.
AzTU “Humanitar fənlər” kafedrası Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 6
Özümüz üçün mütləq şəkildə 3 məqamı müəyyənləşdirməliyik.