Microsoft Word yeni vəSAİT. docx



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə45/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   41   42   43   44   45   46   47   48   ...   131
ADIAK-YENI VƏSAİT

Ünsiyyətin məzmunu dedikdə fərdi təmas zamanı bir insandan digərinə ötürülən 
informasiya nəzərdə tutulur. Məhz öz məzmunundan asılı olaraq insanların ünsiyyəti 
müxtəlif xarakter daşıya və fərqlənə bilər. Ünsiyyətin məzmununu, hər şeydən 
əvvəl, insanın daxili motivasiya və emosional vəziyyəti haqqında məlumat təşkil edə 
bilər. Bu zaman insanlar bir-birinə mövcud tələbatları, emosional vəziyyətləri 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
71 
(razılıq, narazılıq, sevinc, kədər, qəm, qəzəb və s.) haqqında məlumatları çatdırır ki, 
bu cür informasiyalar bir adamdan başqalarına ötürülməklə şəxsiyyətlərarası tənzim 
rolunu oynaya bilər. Ünsiyyətin məzmunu ətraf mühit, orada baş verən hadisələr 
haqqında məlumatlardan da ibarət ola bilər. Bu zaman ünsiyyətdə olan insanlar bir-
birilərinə mövcud təhlükə, həyati əhəmiyyətə malik olan amillər haqqında məlumat 
verə bilərlər. 
Ünsiyyətin məqsədinə gəldikdə, insanda müvafiq fəallığın nə üçün, nəyin xatirinə 
həyata keçirilməsindən ibarətdir. Bu baxımdan insanların ünsiyyətə girməsinin 
məqsədi geniş və çox sahəlidir. İnsanların ünsiyyətə girmə məqsədinə onların dünya, 
təlim və tərbiyə, şəxsi və işgüzar qarşılıqlı əlaqələrin yaradılması və s. haqqında 
obyektiv məlumatın verilməsi və ya alınmasını daxil edirlər. 
Ünsiyyət vasitələri ünsiyyət zamanı ötürülən informasiyaların kodlaşdırılmasında, 
ötürülməsində, işləmə və açılmasında özünü göstərir. İnformasiyaların 
kodlaşdırılması onun bir canlı varlıqdan digərinə ötürülmə tərzindən ibarətdir. 
İnformasiya insanlar tərəfindən müəyyən məsafədən, hiss üzvləri vasitəsilə ötürülə 
və qavranıla bilir. İnsanda dil və başqa işarələr sistemi vasitəsilə informasiya 
mübadiləsinə daha çox yer verilir. Elm və texnikanın müasir inkişafı ünsiyyət 
vasitələrinin daha geniş vüsət əldə etməsinə imkan yaradır. Bu cür ünsiyyət 
vasitələrinə müasir telefon əlaqələrini, kompüter və internet əlaqələrini və s. aid 
etmək olar. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin