Microsoft Word yeni vəSAİT. docx


Yazılı işgüzar kimmunikasiyaya aid nümunələr və Kommunikativ



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə71/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   67   68   69   70   71   72   73   74   ...   131
ADIAK-YENI VƏSAİT

Yazılı işgüzar kimmunikasiyaya aid nümunələr və Kommunikativ 
məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər. 
Tapşırıq: Suallara cavab verin. 
 
1. Yazılı işgüzar ünsiyyətin dedikdə nə başa düşülür? 
2. Yazılı işgüzar ünsiyyətin əsas məqsədi nədir?
3. Rəsmi-işgüzar yazılı dilə aid sənədlər hansılardır, onların hansı 
xüsusiyyətləri vardır? 
4. Yazılı ünsiyyət şifahi ünsiyyətdən hansı üstünlüklərə malikdir? 
5. Yazılı işgüzar ünsiyyətin etikası nədir? 
Tapşırıq.  Rəsmi sənəd növü olan Fərmanın dil üslubu ilə tanış olun və sənədin 
dil xüsusiyyətlərinə diqqət yetirin.
Nümunə: FƏRMAN Alii hakimiyyət orqanının - Prezidentin (vahid şəkildə) 
öz səlahiyyətləri daxilində qəbul etdiyi, hüquqi məzmununa görə normativ Fərman, 
yəni ümumi hüquqi normaları, qaydaları müəyyən edən və fərdi Fərman, yəni hüquq 
normasını konkret hadisəyə tətbiq edən, bütün aşağı səlahiyyətli vəzifəli şəxslər, 
dövlət və qeyri-dövlət qurumları və vətəndaşlar üçün məcburi qüvvəyə malik olan 
hüquqi aktdır. 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
110 
 
“Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında 
Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası 
Prezidentinin Fərmanı 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini 
rəhbər tutaraq qərara alıram: 
1. “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında 
Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 
2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan 
Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə 
fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi 
nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər. 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn 
məsələləri həll etsin. 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 4 fevral 2021-ci il. 
Tapşırıq. Rəsmi-işgüzar yazılı dilin əsas formalarından biri olan əmr nümunələrində 
dil xüsusiyyətlərinin əsas göstəricilərinin əməl edilməsinə diqqət yetirin. 
Nümunə 1
“Azərbaycan Respublikasının dövlət ümumtəhsil məktəblərində yaradılan 
məktəbəhazırlıq qruplarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin 
etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında 
əsasnamə”nin 8.10-1-ci vı 13.5-cü bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM: 
1. Azərbaycan Respublikasının dövlət ümumtəhsil məktəblərində yaradılan 
məktəbəhazırlıq qruplarının 2020-2021-ci dərs ilinə aid tədris (məşğələ) planı və 
tədris (məşğələ) planına dair “Qeydlər” təsdiq edilsin (1 və 2 nömrəli əlavələr) 
2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) həmin tədris 
(məşğələ) planının vaxtında yerlərə çatdırılmasını, İnformasiya şöbəsi (E.Əliyev) 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
111 
əmrin əlavələrlə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və 
Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin. 
3. Əmrin icrasına nəzarət nazir müavini Firidun Qurbanova həvalə olunsun. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin