Microsoft Word yeni vəSAİT. docx


Savadlılıq. CV düzgün, ardıcıl vahid bir üslubda yazılmalıdır.  ü Estetika



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə76/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   72   73   74   75   76   77   78   79   ...   131
ADIAK-YENI VƏSAİT

Savadlılıq. CV düzgün, ardıcıl vahid bir üslubda yazılmalıdır. 
ü
Estetika. CV heç vaxt əl ilə yazılmır. CV-nin hazırlanması texnikası və çap 
olunduğu kağız nə qədər yaxşıdırsa, işəgötürənin sizə diqqət yetirməsi 
şansları bir o qədər çoxdur. 
Ərizə. Ərizə- bir adam və ya birliyin düşüncə və şikayətlərini, ya da müəyyən bir 
mövzudakı istəklərini səlahiyyətli orqanlara (rəsmi orqanlara) göndərilməsini 
təmin edən yazıdır. Ərizənin iki mənası vardır. “Müraciət etmək”, “ərz” mənasında 
işlənir. Müəyyən formaya malik olub, rəsmi şəkildə yazılmış müraciətdir. 
Məzmununa görə ərizənin iki növünə təsadüf olunur: 
1. Şikayət xarakterli ərizələr
2. Xahiş etmək məqsədi ilə yazılan ərizələr. 
Ərizəyə verilən tələblər aşağıdakılardır: 
Ø
Ərizənin başlığı, yəni kimə və kimdən yazılması dəqiq olmalıdır; 
Ø
Ərizənin məzmunu qısa, faktlar isə konkret olmalıdır; 
Ø
Ərizəni ərizəçi öz xətti ilə yazılmalıdır; 
Ø
Ərizənin sonunda gün, ay, il və ərizəçinin şəxsi imzası qoyulmalıdır; 
Ərizənin yazılış forması belədir: 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
116 
Ø
Vərəqin əvvəlində abzasdan böyük hərflə təşkilatın və kimə müraciət edilirsə, 
onun adı, atasının adı, soyadı qeyd olunur; 
Ø
Sətrin ikidə bir hissəsi həcmində sağ tərəfdə kimdən sualını verməklə 
ərizəçinin adı, soyadı və atasının adı göstərilir; 
Ø
Vərəqin ortasında böyük hərflə “Ərizə” sözü yazılır; 
Ø
Təzə sətirdən qısa, aydın və məzmunlu şəkildə ərizəçinin fikri şərh olunur; 
Ø
Ərizəçinin sonunda imza qoyulur və onun yazılma tarixi göstərilir. 
Ərizə rəhbərlik tərəfindən baxıldıqdan sonra onun üzərinə dərkənar qoyulur və 
ərizədə danışılan məsələ barədə icra ilə bağlı müvafiq şöbəyə tapşırıqlar verilir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin