AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
123
Tapşırıq. Verilmiş nümunəyə uyğun müqavilə hazırlayın və təqdim edin.
MÜQAVİLƏ
Bakı şəhəri 24 fevral 2018-ci il
Biz, aşağıda imza edənlər, gələcəkdə «İydə» adlanacaq Parfümeriya
Kompleksinin direktoru A. Z. Əkbərli və gələcəkdə «Zambaq» adlanacaq Gəncə
Ətriyyat Evinin direktoru E . İ. Əhmədli arasında belə bir müqavilə bağlanır:
1. «İydə» Bakı şəhər, N. Yusifbəyli küç. 59, 2 mərtəbə, 107 kv.m.sahəsi olan
otaqları kirayə verir. «Zanbaq» isə onları kirayə götürür;
2. Kirayə müddəti belə müəyyənləşdirilib: 01.02.2018-ci ildən 01.02.2019-cu ilə
qədər;
3. Tərəflərin razılığına görə kirayə haqqı 2 min (iki min) manatdır;
4. Bu müqavilədə göstərilən kirayə verənin hüquqlarının başqasına verilməsi
yalnız «İydə»nin yazılı razılığı ilə mümkündür;
5. «Zanbaq» hər rübün birinci ayının 10-na qədər rüblük kirayə haqqını
ödəməlidir;
6. Müqavilə iki nüsxədə imzalanır ki, biri «İydə» də qalır, o biri isə «Zanbağ»a
verilir.
Tərəflərin ünvanı:
Tədris kompleksi, Parfümeriya Kompleksinin Bürosunun Yaradıcılıq Birliyi:
Bakı, N.Yusifbəyli küç. 59, 2 mərtəbə, hesab N-7325487, Binəqədil rayonu.
mənzil-təsərrüfat bankı.
Bakı ş., Səbail rayonu, 24. Hesab № 6439856, Nərimanov rayonu.
Dostları ilə paylaş: