AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
125
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham ƏliyevAzərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 noyabr 2017-ci il.
Mövzu 15
1. İstinad və analitik sənədlər.
2. İstinad və analitik sənədlərin tərtibinə dair çalşmalar.
Kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik
işlər.
Analitik sənədlər. İdarəetmə sistemindəki faktiki vəziyyət barədə
akt və arayış
analitik sənədlərdə yer alır.
Akt bir neçə şəxs tərəfindən tərtib edilmiş və müəyyən edilmiş faktları və ya
hadisələri təsdiqləyən sənəddir. Akt maddi varlıqların təhvil verilməsi zamanı tərtib
edilir. Yararsız hala düşmüş əmlakın silinməsi müşayiət
olunan sənədlərdə elan
edilmiş dəyərlərə uyğun gəlmədikdə akta əlavə olunur. Aktın mətni iki hissədən
ibarətdir:
giriş və əsas. Təsis hissəsində aktın tərtib edildiyi inzibati sənəd göstərilir
aktın tərtib edilməsinə səbəb olmuş hadisə, hərəkət akt nömrəsi və tarixi. Sənədin
bu hissəsi aktın nüsxələrinin sayı və yerləşdiyi yer haqqında məlumatla başa çatır.
Aktın nüsxələrinin sayı iştirakçıların sayına görə müəyyən edilir. Əgər akt komissiya
tərəfindən tərtib olunarsa, əvvəlcə onun sədri göstərilir, komissiya üzvlərinin adları
əlifba sırası ilə tərtib edilir. Zəruri hallarda aktın hazırlanmasında
iştirak etmiş
şəxslərin şəxsiyyətini, səlahiyyətlərini və onların ünvanlarını təsdiq edən sənədlər
barədə məlumat verməyə icazə verilir.
Arayış. Arayış türk mənşəli söz olub arama, axtarma mənasında işlənir.
Müasir
dövrdə hüquqi sənəd olub şəxsiyyət, iş və hadisə haqqında tərtib edilərək aid olduğu
obyekt barədə nəyi isə təsdiq edir.
Hər hansı bir adamın bir yerdə yaşaması, işləməsi,
oxuması, müəyyən obyektin, hadisənin yoxlanması haqqında da arayış tərtib edilir.
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
126
Arayışın kimə nə üçün verildiyi göstərilir. Habelə arayışın hansı məqsədlə tərtib
edildiyi qeyd edilir. Arayış müəssisə rəhbəri tərəfindən imzalanır. Arayışın sonunda
sənədin hara təqdim olunması göstərilir. Bütün hallarda məsul şəxsin imzası
möhürlə təsdiq olunmalıdır. Çox vaxt arayışlar xüsusi blankda yazılır. Arayış sözü
vərəqin ortasinda yazılır. Vərəqin sol tərəfində idarənin ştampı olur. Ştampın aşağı
sətirində nömrəsi və verildiyi tarix göstərilir. Arayışın məzmunu qurtardıqdan sonra
müəssisə rəhbərinin imzası, soyadı və titulu göstərilir. Bir arayışda bir və ya neçə
şəxs haqqinda
da məlumat vermək mümkündür, lakin mürəkkəb məzmuna malik
olan arayış növü də vardır. Belə arayışı təşkilatlar bir-birinə təqdim edir. Çox zaman
burada müəyyən bir hadisənin gedişində öz əksini tapır.
Bəzən cinayət xarakterli
məsələlər də arayışda əks etdirilir. Arayışın özünəməxsus forması var.
Dostları ilə paylaş: