Microsoft Word yeni vəSAİT. docx


Mövzu 22  1. Elmi-tədqiqat mövzusu üzrə icmal məqalələrin hazırlasnması və



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə121/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   117   118   119   120   121   122   123   124   ...   131
ADIAK-YENI VƏSAİT

Mövzu 22 
1. Elmi-tədqiqat mövzusu üzrə icmal məqalələrin hazırlasnması və 
növləri.
2. Elmi işlər barədə prezentasiyaların hazırlanması.


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
177 
3. Dissertasiyanın tərtibi qaydaları.
4. Akademik yazı - elmi iş (referat, tezis, məqalə, kurs işi, kurs layihəsi, 
dissertasiya və s.) yazmaq və hazırlanması qaydalarına aid 
nümunələr üzrində praktik işlər. 
 
Elmi tədqiqat mövzusu üzrə icmal məqalənin hazırlanması. İcmal – 
mahiyəti üzrə icmal mövzusunu xarakterizə edən və sənəd informasiyanı məntiqi 
emal etmə yolu ilə alınmış yekun çıxış biliklərinin sintezidir. Çıxış bilikləri əsasında 
mövzunun yekun xarakteristikasını vermək – bu icmalın məxsusi funksiyasıdır. 
İcmalların xarakterik xüsusiyyətləri 1. problem xarakterli; 2. orijinal xarakterli; 3. 
sistematik xarakterli.
Biblioqrafik icmal. Bu icmal informasiya mənbəyi kimi ilkin sənədlərin 
müəyyən dövr ərzində və yaxud da hər hansı birləşmiş ortaq əlaməti üzrə xülasəsi 
yaranmış xarakteristikanı əks etdirir.
İcmal məqalənin növləri. Ədəbiyyat icmalı məcburən istənilən elmi işin 
tərkib hissələrindən biridir. Orada diplom işində qoyulmuş suala müvafiq hazırda 
mövcud olan nöqteyi-nəzər təhlil edilir. Müəllif vəzifəsi-müxtəlif alimlərin 
baxışlarını öyrənmək və onlar arasında öz işinin yerini müəyyən etmək, onun 
xüsusiyyətlərini (unikallığını) göstərməkdir. İcmal girişdə və yaxud da ayrıca başlıq 
kimi təqdim edilə bilər. Ədəbiyyat icmalının əsas məqsədi - seçilmiş elm sahəsində 
biliyin cari sərhədlərinin müəyyənləşdirilməkdən, sələflərin işlərindəki müstəqil 
tədqiqatçılar tərəfindən təsdiq edilməmiş ziddiyyətləri aşkar etməkdən ibarətdir. 
İcmalın sonunda gələcək tədqiqatların perspektivləri haqqında nəticələr tədim 
edilməlidir. İcmal məqalənin 1. Adı. Oxucunu maraqlandıracaq vacib elementdir. 2. 
Annotasiya. Annotasiyada iş haqqında ümumi, qısa təqdimat verilir. Müəllif 
annotasiyanı yazılan anda məqalənin nə barədə yazılacağını, onda oxucu üçün 
maraqlı və vacib olan məqamları özlüyündə yaxşı təsəvvür etməlidir. Bu zaman 
yaddan çıxarmaq lazım deyilki onun həcmi 200 sözdən artıq olmamalıdır. Giriş. 
Giriş oxucuya işin quruluşu və onun elementlərinin qarşılıqlı əlaqəsi barədə məlumat 
verməklə, onun vaxtına qənaət edir. Əgər hansısa bölmələr oxucunu maraqlandırarsa 
o həmin bölmələri oxuyacaqdır. Əsas hissə. Yadda saxlayın ki, icmal məqalə 
biblioqrafik icmal deyildir. Sizin vəzifəniz elmi problemin öyrənilmə səviyyəsini 
göstərmək, imkan daxilində baxılan problemə aid işlərə kritik yanaşmaq və bu işlərə 
əsaslanan nəticələr çıxarmaqdır. Nəticələr. İcmal məqalənin nəticələri – gələcək 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
178 
tədqiqatların davam etmə istiqamətlərini tövsiyə etməkdən və toxunulan konkret 
problemi həll etmək üçün elmi innovasiyaları tətbiq etmək təklifini verməkdən 
ibarətdir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin